Cəlal Harutyunyan

Cəlal Harutyunyan (erm. Ջալալ Հարությունյան; 11 noyabr 1974, Badara, DQMV) — qeyri-qanuni olaraq "general-leytenant" rütbəsi verilmiş, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun keçmiş komandiri Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Müdafiə Naziri.[1]

Cəlal Harutyunyan
erm. Ջալալ Հարությունյան
Şəxsi məlumatlar
Doğum tarixi11 noyabr 1974(1974-11-11) (49 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
  • Xankəndi Pedaqoji İnstitutu[d]
Hərbi fəaliyyəti
MənsubiyyətiDağlıq Qarabağ Respublikası
Qoşun növüQondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Rütbəsigeneral-leytenant
Komandanlıq edib
Döyüşlər
TəltifləriArtsax Qəhrəmanı

Həyatı

Cəlal Harutyunyan 1974-cü ilin noyabrında Badarada anadan olub. 1991-1995-ci illərdə Artsax Universitetində biologiya təhsili almışdır. 1999-cu ildə Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Mixaylovskaya Topçu Hərbi Akademiyasına daxil olmuşdur[1]

Karyerası

Harutyunyan 5 noyabr 1992-ci ildən bəri Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət etmişdir. Müdafiə Ordusunda müxtəlif vəzifələrdə, ilk növbədə Aartilleriya Kəşfiyyat Rəhbərinin köməkçisi, Artilleriya Diviziyası Heyətinin Başçısı, Alay komandirinin müavini və Alay komandiri kimi artilleriya bölmələrində xidmət etmişdir. O, həmçinin Artilleriya Bölmə Rəisi, Müdafiə Bölgəsi Komandiri, Diviziya Komandirinin müavini - Baş qərargah rəisi və Diviziya Komandiri vəzifələrində xidmət etmişdir. 2018-2020-ci illərdə komandirin birinci müavini rütbəsində xidmət etmiş və 8 iyul 2019-cu ildə general-mayor rütbəsi almışdır.[1]

24 fevral 2020-ci ildə Bako Saakyan tərəfindən Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri vəzifəsinə təyin edildi. 8 iyun tarixində həmin vəzifəyə Arayik Harutyunyan tərəfindən yenidən təyin edildi.[1][2][3]

27 oktyabr 2020-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikası prezidenti Arutyunyanın döyüşlərdə yaralandığına görə vəzifəsindən azad edildiyini, yerinə Mikael Arzumanyanın vəzifəyə gətirildiyini açıqladı.[4] Bəyanatın ardından erməni nəşrləri, Arutyunyanın öldürüldüyü iddialarını rədd edərək, aldığı xəsarətlərin həyati təhlükəsi olmadığını və tezliklə vəzifəsinə qayıdacağını bildirdi.[5] Harutyunyana aid olduğu iddia edilən bir avtomobilə PUA zərbəsini göstərən video onlayn şəkildə yayılmağa başladı.[6] Lakin Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin sözçüsü görüntülərin Harutyunyanın yaralanması ilə əlaqəli olmasını inkar etdi.[7] 28 oktyabr 2020-ci il tarixində Qondarma Dağlıq Qarabağ Respublikası prezidenti Cəlal Harutyunyana "Artsax Qəhrəmanı" adını verməsi barədə qərarını elan etdi.[8]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər