Cəbrayıl Dövlətzadə

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Cəbrayıl Dövlətzadə
Cəbrayıl Dövlət oğlu Dövlətzadə
Şəxsi məlumatlar
Doğum tarixi11 sentyabr 2001(2001-09-11)
Doğum yeri
Vəfat tarixi28 sentyabr 2020(2020-09-28) (19 yaşında)
Vəfat yeri
Dəfn yeriII Şəhidlər Xiyabanı
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019–2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
Təltifləri"Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020

Cəbrayıl Dövlətzadə (11 sentyabr 2001, Corat, Sumqayıt28 sentyabr 2020, Kəlbəcər rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi.

Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində Məleykə və Dövlət Dövlətzadələrin ailəsində anadan olub.[1] Əslən Corat qəsəbəsindən idi. Subay idi.

Hərbi xidməti

mənbəni redaktə et

İkinci Qarabağ müharibəsində iştirakı

mənbəni redaktə et

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[3]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Naviqasiya menyusu