Cəbəçili

Cəbəçili — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[2]

kənd
Cəbəçili
40°02′43″ şm. e. 44°28′25″ ş. u.
Ölkə Ermənistan
RegionZəngibasar mahalı
RayonZəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub1831
Sahəsi
  • 3,75 km²
Mərkəzin hündürlüyü830 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi
  • 1.072 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Cəbəçili xəritədə
Cəbəçili
Cəbəçili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 6 km məsafədə yerləşir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat)rayonunun tərkibində olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Mənbələrdə kəndin adı Cəbəçəlli şəklində də göstərilir[5].

Toponim qapıqulu türk tayfasına mənsub olan cəbəçi nəsil adına[6] mənsubluq bildirən - li şəkilçisinin qoşulmasından əmələ gəlmişdir.

Patronim toponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 27. II. 1960-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Crahovid qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 275 nəfər, 1873-cü ildə 252 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 264 nəfər, 1904-cü ildə 355 nəfər, 1914-cü ildə 575 nəfər, 1918-ci ildə 355 nəfər, 1919 - cu ildə 240 nəfər yalnız azərbaycanlı yaşamışdır[7][8].

1918-1919-cu illərdə kənd ermənilərin təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar1919-cu ildə tamamilə deportasiya olımaraq Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağqalanlar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 115 nəfər, 1931-ci ildə 131 nəfər azərbaycanlı yaşamışdır[7].

SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş və xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.

İstinadlar

Xarici keçidlər