Cırtdan (film, 1969)

“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi.

Cırtdan
Janrkomediya
macəra
uşaq
RejissorYalçın Əfəndiyev
Ssenari müəllifiAlla Axundova
OperatorAleksandr Milov
BəstəkarOqtay Zülfüqarov
RəssamElçin Aslanov
İstehsalçı"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi17 fevral 1969
Filmin növüqısametrajlı cizgi filmi
Müddət10 dəq.
ÖlkələrSSRİ SSRİ
İl1969
Texniki məlumatlar1 hissə
274 metr
35 mm
Rəngrəngli
"Cırtdan" 50 il

Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb.[1]

Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.[1]

Məzmun

Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır.

Film haqqında

Applikasiya filmidir.

Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.

2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[2][3] Forumda rəssam assistenti Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[4][5]

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: Alla Axundova
Operator: Aleksandr Milov
Quruluşçu rəssam: Elçin Aslanov
Quruluşçu rəssamın assistenti: Elçin Axundov
Multiplikasiya rəssamları: Bəhmən Əliyev, Lev Jdanov, Nazim Məmmədov
Bəstəkar: Oqtay Zülfüqarov
Səs operatoru: Ələkbər Həsənzadə

Bərpası

2022-ci ildə Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə Azərbaycanın bu ilk uşaq animasiya filmini müasir üsullarla restavrasiya edib. Bütün restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın 5-ci Animafilm Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası da olub. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb. Bərpa edilmiş versiya 4 dekabr 2022-ci ildə “Azərbaycanfilm” kinostudiyasının yutub kanalında da yayımlanıb.[1]

Həmçinin bax

İstinadlar

Həmçinin oxu

  • "Ədəbiyyat və incəsənət" qəzeti. 20 may 1967-ci il.
  • "Ədəbiyyat və incəsənət" qəzeti. 6 iyun 1970-ci il.
  • "Ədəbiyyat və incəsənət" qəzeti. 13 yanvar 1973-cü il.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” [Onun ən böyük arzusu balacaları sevindirmək idi] //7 gün.- 2001.
  • "Cizgi filmi — "Cırtdan" (1969)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 166-169.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
  • Jirtdan (1969)

Xarici keçidlər