Cüzeppe Berqomi

italyan futbolçusu

Cüzeppe Berqomi (it. Giuseppe Bergomi, 22 dekabr 1963[1][2]) — İtaliyalı keçmiş futbolçu. Bütün karyerasını, heyətində 750-dən çox oyunda meydana çıxdığı "İnter Milan" klubunda keçirib. 1982-ci ildə İtaliya millisinin heyətində dünya çempionu olub.

Cüzeppe Berqomi
it. Giuseppe Bergomi
Ümumi məlumatlar
LəqəbiLo Zio[3]
Doğum tarixi22 dekabr 1963(1963-12-22)[1][2] (60 yaş)
Vətəndaşlığı
Boyu183 sm[4]
Çəkisi78 kq[4]
Mövqeyimərkəz müdafiəçisi[d], müdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyera

Milanda anadan olan Berqomi cəmi 16 yaşında "İnter Milan"ın əsas komandasında məşqlərə başladı və 22 fevral 1981-ci ildə A Seriyasında "İnter" — "Komo" oyununda debüt etdi. Növbəti il "İnter"lə İtaliya Kubokunu qazandı.[5] Həmçinin "İnter"in əsas komandasında ardıcıl çıxış edərək UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəldikdən sonra o, tezliklə İtaliya milli komandasına dəvət edildi və millinin əsas oyunçusuna çevrildi.[6]

Berqomi bütün karyerasını "İnter"də keçirtmiş və komandanın kapitanı olmuşdur. "İnter"in heyətində ümumilikdə 754 rəsmi oyuna çıxmış və 29 qol vurmuşdur.

Berqomi 1999-cu ildə, demək olar ki, 36 yaşında təqaüdə çıxdı və 2011-ci ilin sentyabr ayının sonlarına qədər "İnter"in heyətində ən çox oyun keçirən futbolçu hesab edilirdi. Daha sonra onun bu rekordu Xavyer Zanetti tərəfindən qırıldı.

96 oyunla o, hazırda UEFA Kubokunda ən çox oyun keçirən rekorda sahibdir.[7]

İtaliya ilə Berqomi 1982 FIFA Dünya Kubokunu qazandı. Həmçinin o, 1986 və 1990-cı illərdəki çempionatlarda (sonuncuda kapitan kimi çıxış edib), eləcə də millinin yarımfinala yüksəldiyi UEFA Avro 1988-də çıxış edib və turnirin rəmzi komandasına seçilib. İtaliya millisində 81 oyunda meydana çıxıb (6 qol), bunlardan 33-də isə kapitan kimi çıxış edib.

Kiçik yaşlarından saxladığı bığa görə "Lo Zio" (italyancadan — "əmi") ləqəbini alıb.[8]

İştirak statistikası

Klub

Klub, turnir və mövsüm sayına görə oyun və qolları
KlubMövsümA SeriyasıÖlkə kubokuAvropaToplam
OyunQolOyunQolOyunQolOyunQol
İnter1979–80001010
1980–8112040160
1981–8224210240384
1982–832719160422
1983–842505050350
1984–8529290100482
1985–8630560100465
1986–872829080452
1987–882819050421
1988–893218060461
1989–903225020392
1990–9130341120464
1991–922906020370
1992–9331260372
1993–9431040120470
1994–953227120413
1995–962705010330
1996–9719070100360
1997–982805090420
1998–992315090371
Karyerasında toplam517241205117075429

Milli Komanda

Milli KomandailOyunQol
İtaliya198260
198340
198490
198570
198682
198781
1988112
1989101
1990120
199120
199840
Toplam816

Uğurları

İnter

  • İtaliya çempionu (2): 1979/1980, 1988/1989
  • İtaliya çempionatının gümüş mükafatçısı (2): 1992/1993, 1997/1998
  • İtaliya çempionatının bürünc mükafatçısı (6): 1982/1983, 1984/1985, 1986/1987, 1989/1990, 1990/1991, 1996/1997
  • İtaliya kubokunun qalibi: 1982
  • İtaliya Superkubokunun qalibi: 1989
  • UEFA kubokunun qalibi (3): 1990/1991, 1993/1994, 1997/1998
  • UEFA kubokunun finalçısı: 1996/1997

İtaliya millisi

  • Dünya çempionu: 1982
  • Dünya çempionatının bürünc mükafatçısı: 1990
  • Avropa çempionatının bürünc mükafatçısı: 1988

Fərdi

  • FIFA 100: 2004
  • Qaytano Şirea Mükafatının qalibi: 1997

İstinadlar

Xarici keçidlər