Butrus Bustani

Butrus Bustani (ərəb. بيار البستانى‎; 1819[1][2][…], Dibbiyyə[d], Cəbəl Lübnan mühafəzəsi[d][1][5]1 may 1883[3][4][…]) — maruni məzhəbli Livan filoloq-ensiklopediyaçısı və maarifçisi. O, ərəb intibahı ideyalarının ifadəçisi hesab edilir.[6]

Butrus Bustani
ərəb. بُطرس البُستاني
Doğum tarixi1819[1][2][…]
Doğum yeri
Vəfat tarixi1 may 1883(1883-05-01)[3][4][…]
Uşağı
Fəaliyyətitərcüməçi, dilçi, yazıçı, jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bustani birinci Suriya milliyətçisi hesab olunur.[7]

Həyatı

Butrus Bustani 1819-cu ilin yanvarında anadan olmuşdur. O, 1847-ci ildə "Elm və incəsənəti öyrənən Suriya cəmiyyəti"nin banisi olmuş, ərəb jurnalistikasının yaradıcısı hesab edilir. Bustani 1863-cü ildə Beyrutda Milli məktəbin əsasını qoymuşdur. 1870 ildən "Əl-Cüneynə" ("Bağ") qəzetini, "Əl-Cənnən" ("Bağban")jurnalını, "Əl-Cənnə" ("Cənnət") həftəliyini dərc etdirmişdir. Çoxlu məqalə və məruzələr ("Qadın təhsili haqqında", 1848; "Ərəblərin ədəbiyyatı haqqında", 1856 və s.) yazmışdır. Ərəb dilində "Mühit əl-mühit" ("Ümmanlar ümmanı", 1867–1870) izahlı lüğətini hazırlamışdır. İlk ərəb ensiklopediyası "Dairət ül-maarif"in ("Bilik dairəsi", 1876–1883) naşiridir. Dərslik və müntəxəbatların, həmçinin "Napoleonun həyatı" (1868), "Ərəb və Avropa ictimai qaydalarının müqayisəsi" (1869) əsərlərinin müəllifi və tərtibçisidir.[8]

İstinadlar