Butanol-1

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Butanol-1
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formuluC4H9OH
Molyar kütlə74,12 q/mol
Fiziki xassələri
Sıxlıq0.81 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi- 90,2  °S
Qaynama nöqtəsi117,4   °S
Öz-özünə yanma temperaturu345 °C
Buxarın təzyiqi6 ± 1 mm Hg[1]
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti 16
Optik xüsusiyyətlər
Sındırma əmsalı1,399
Təsnifatı
CAS-da qeyd. nöm.71-36-3
PubChem
RTECSEO1400000
ChEBI28885
BMT nömrəsi1120
ChemSpider

Butanol-1 – (n-butanol, n-butil spirti) C4H9OH – biratomlu spirtlərin nümayəndəsidir.

Fiziki xassələri

mənbəni redaktə et

Rəngsiz, özlü, sivuş yağının xarakter iyini verən mayedir. Üzvi həlledicilərlə qarışır. Metanol, etanoldan və propanoldan fərqli olaraq suda nisbətən həll olur – 100 q suda 7,6 q butanol. Su ilə 55,5% (kütlə) butanol 92,4oC-də qaynayan azeotrop qarışıq əmələ gətirir..

Sənayedə butanol aşağıdakı üsullarla alınır:

  • Nikel-kobalt katalizatorun iştirakı ilə 1,0-1,5 MPa təzyiqdə propilenin oksosintezindən (Reppe üsulu)
  • Asetaldehiddən (asetaldol və kroton aldehidi alınmaqla) mis, misxrom və ya nikel katalizatorun iştirakı ilə hidrogenləşməsindən.
  • Qida xammalının aseton-butil qicqirdılmasından.

Tarixi arayış

mənbəni redaktə et

Butanolun istehsalına XX əsrin 10-cu illərində Clostridium acetobutylicum bakteiyasının iştirakı ilə başlanılmışdır. Istehsal üçün xammal kimi şəkər qamışı, şəkər çuğunduru, qarğıdalı, buğda, manioka (tropik bitki), sonralar isə sellülozadan istifadə olunmuşdur. 50-ci illərdən neftin qiyməti düşdükdən sonra neft məhsullarından alınmağa başlandı. Amerikada hər gün 1,39 mlrd litr butanol istehsal olunur.

Təmizlənməsi və qurudulması

mənbəni redaktə et

Laboratoriyada butanolun bir necə təmizlənmə üsulu var:

  • adi fraksiyalaşdırma ilə azeotrop hissənin qovulması
  • əvvəlcə təzə közərmiş yanmış əhəngin üzərində rütubətsiz şəraitdə 4 saat (30 q – 1litrə), sonra isə maqnezium qırıntıları üzərində qaynadılır. Daha sonra spirt qovularaq 117,70 ± 0,010o C-də qaynayan fraksiya yığılır
  • bisulfid natrium məhlulu ilə yuyulur, sonra 10%-li natrium qələvisinin sulu məhlulu ilə qaynadılır və ən nəhayət yanmış əhəng üzərində 3 saat qaynadılıraraq fraksiyalaşdırılmaqla qovulur.

Butanolu tətbiq edirlər:

  • həlledici kimi lak-boya sənayəsində, qatran və plastifikatorlar istehsalında
  • sidik cövhəri- və melamin - formaldehid qatranının modifikatoru kimi
  • dibutilftalat və tributilfosfat plastifikatorlarının alınmasında
  • butilasetat, butilakrilat və qlikol efirlərinin alınmasında
  • çoxlu üzvi birləşmələrin sintezində.

Avtomobil yanacaqları kimi tətbiqi

mənbəni redaktə et

Ənənəvi yanacaqlara qarışdırmaq olar, lakin məcburi deyil. Butanolun enerjisi benzinin enerjisinə yaxındır.Butanol yanacaq elementi olan hidrogenin istehsalında xammal kimi istifadə olunur.2007- ci ildə Böyük Britaniyada biobutanolun benzinə əlavə kimi satışına başlanıldı.

Təhlükəsizliyi

mənbəni redaktə et

Butanolun zəhərliliyi o qədər çox deyil ( LD50 = 2290-4360mq/kq təşkil edir). Ancaq aşağı spirtlərdən yüksəkdir. Daxilə qəbul olunmasının effekti etanolun qəbul olunması ilə eynidir. Butanol az miqdarda müxtəlif alkoqollu içkilərin tərkibində var. Bəzən texniki mayelərdən alınan butanol suraqat alkoqollu içkilər kimi istifadə olunur. Havada qatılığı 0,01% olduqda orqanizmə təsir etmir, lakin qatılıq 0,02% olduqda gözün buynuz qişasının iltihabına səbəb olur.Havada buraxıla bilən qatılıq həddi (BQH) 1,7-12%

  • 3http://www.cdc.gov/niosh/npg/npgd0076.html
  • Химическая энциклопедия 1988, «Советская энциклопедия», Т1, стр. 336-337
  • Вайсбергер «Органические растворители: Физические свойства и способы очистки», М., 1958, стр. 317-319.

Naviqasiya menyusu