Buker mükafatı

Buker mükafatı (tam adı Man Booker Prize for Fiction - Ədəbiyyat üzrə Men Buker mükafatı, 1968-2002-ci illərdə Buker-Makkonnel mükafatı) — ədəbiyyat sahəsində mükafat, hər il Britaniya Millətlər Cəmiyyəti və İrlandiya Respublikası vətəndaşına verilir.

Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunmağa başlanılıb. Həmin vaxtdan 2002-ci ilə qədər onun mükafat fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə Men Qrup şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra mükafat fondu 50 min ingilis funt sterlinqinə qaldırıldı.

Laureatlar

  • 1969 Persi Hovard Nyubi, "Buna görə cavab vermək lazımdır"
  • 1970 Bernis Rubens, "Seçilmiş üzv"
  • 1971 Vidiadxar Suracprasad Naypol, "Asılmış vəziyyətdə"
  • 1972 Con Berqer, "G."
  • 1973 Ceyms Qordon Farrel, "Krişnapurun mühasirəsi"
  • 1974 Nadin Qordimer, "Mühafizəçi"; Stenli Middlton, "Bayram"
  • 1975 Rut Praver Cabvala, "İsti və toz"
  • 1976 Devid Stori, "Sevill"
  • 1977 Pol Mark Skott, "Sonadək qalmaq"
  • 1978 Ayris Mördok, "Dəniz, dəniz"
  • 1979 Penelopa Fitcerald, "Suda"
  • 1980 Vilyam Qoldinq, "Üzgüçülük ayinləri"
  • 1981 Salman Rüşdi, "Gecəyarı uşaqları"
  • 1982 Tomas Kenilli, "Şindlerin nicatı"
  • 1983 Con Maksvell Kutzee, "Mixael K.-nın həyatı və zamanı"
  • 1984 Anita Brukner, "«Göldə» mehmanxanası"
  • 1985 Keri Hyum, "Skelet adamlar"
  • 1986 Kinqsli Emis, "Köhnə cizgilər"
  • 1987 Penelopa Layvli, "Aylı pələng"
  • 1988 Piter Keri, "Oskar və Lüsinda"
  • 1989 Kadzuo İsiquro, "Günün qalığı"
  • 1990 Antoniya Süzen Bayett, "Sahib olmaq"
  • 1991 Ben Okri, "Ac yol"
  • 1992 Maykl Ondatje, "İngilis xəstə", Barri Ansuort, "Müqəddəs aclıq"
  • 1993 Roddi Doyl, "Peddi Klark ha-ha-ha"
  • 1994 Ceyms Kelman, "Bu necə də gecdir, necə də gecdir"
  • 1995 Pet Barker, "Kabuslar yolu"
  • 1996 Qrem Svift, "Sonuncu sərəncam"
  • 1997 Arundati Roy, "Xırdalıqların tanrısı"
  • 1998 İen Makyuen, "Amsterdam"
  • 1999 Con Maksvell Kutzee (2), "Rüsvayçılıq"
  • 2000 Marqaret Etvud, "Kor qatil"
  • 2001 Piter Keri (2), "Kellinin dəstəsinin əsl hekayəsi"
  • 2002 Yann Martel, "Pinin həyatı"
  • 2003 Di Bi Si Pyer, "Vernon Qod Littl"
  • 2004 Alan Hollinqhörst, "Gözəllik sərhədi"
  • 2005 Con Benvill, "Dəniz"
  • 2006 Kiran Desai, "Müflislərin mirası"
  • 2007 Enn Enrayt, "Yığılma haqqında hər şey"
  • 2008 Aravind Adiqa, "Ağ pələng"
  • 2009 Hilari Mentel, "Canavar zalı" [1]
  • 2010 Hovard Ceykobson, "Finklerin sualı"
  • 2011 Culian Barns, "Sonluğu hissetmə"
  • 2012 Hilari Mentel (2), "Cəsədin gətirin"
  • 2013 Eleonora Katton, "Məşəl"
  • 2014 Riçard Flenaqan, "Uzaq şimala ensiz yol"
  • 2015 Marlon Ceyms, "Yeddi qətlin qısa tarixçəsi"
  • 2016 Pol Bitti, "Satılma"
  • 2017 Corc Sonders, "Linkoln bardoda"
  • 2018 Anna Berns, "Südsatan"
  • 2019 Marqaret Etvud, "Vəsiyyətlər", Bernardin Evaristo "Qız, qadın və başqa şeylər"
  • 2020 Duqlas Stüart, "Şaqqi Beyn"
  • 2021 — Deymon Qalqut, "Vəd"
  • 2022 Şehan Karunatilaka, "Maali Almeydanın yeddi ayı"

İstinadlar

Həmçinin bax