Brandon Universiteti

Brandon Universiteti (ing. Brandon University) — Kanadanın Manitoba əyalətinin Brandon şəhərində yerləşən ali təhsil müəssisəsi. Ümumilikdə 3662 (2018) tam zamanlı və yarı zamanlı bakalavr və magistratura tələbələri olan bir universitetdir. Mövcud korpus 13 iyul 1899-cu ildə baptizm qurumu olaraq Brandon Kolleci kimi təsis edilmişdir. Daha sonra Prezident Con E. Robbins tərəfindən 5 iyun 1967-ci ildə bir universitet olaraq dəyişdirildi. Brandon Universiteti, Kanadada əsasən bakalavr dərəcəsi üzrə ixtisaslaşmış olan yerli sənət və elm qurumlarından biridir.

Brandon Universiteti
Xəritə
49°48′34″ şm. e. 97°07′58″ q. u.
Şüar"Aletheuontes de en Agape" "Həqiqəti sevgiylə söyləmək"
Əsası qoyulub1889
TipDövlət
PrezidentDr. Devyid Doçert
Tələbə sayı3662 (2018)
Bakalavr sayı2731 (2015)
Magistrant sayı342 (2015)
ŞəhərBrandon, Manitoba
Ölkə
İdmanBrandon Bobcats
SaytBrandon Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Universitet, Kanada Universitetləri və Kollecləri Birliyinin (AUCC) və İngilis Birlik Universitetləri Birliyinin (ACU), Kanada Universitetlərarası Müzakirələr Birliyinin (CUSID) və U Sportsun üzvüdür. Brandon Universitetində tələbə müəllim nisbəti 1:11-dir və bütün siniflərin 60%-də 25-dən az tələbə var.

2015-ci ildə Kanadada lisenziyalı universitetlərin reytinqində Brandon Universiteti 19 universitet arasında 16-cı, tələbə-müəllim nisbəti kateqoriyasında 1-ci yeri tutdu. Universitet mətbuatı, The Quill, CUP təşkilatlarının üzvüdür.

Tarixi

Universitetin əsası 1890-cı ildə qoyulmuşdur.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər