Bozqır haçaquyruğu

Bozqır haçaquyruğu (lat. Glareola nordmanni) — fəsiləsinin Haçaquyruq cinsinə aid quş növü.

Bozqır haçaquyruğu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Bozqır haçaquyruğu
Beynəlxalq elmi adı

Statusu

Nadirdir.

Kateqoriyası

(CR). Mənfi antropogen təsirlərdən kritik vəziyyətdədir.

Genofond əhəmiyyəti

Azərbaycanda cinsin 2 növündən biridir.

Qısa təsviri

Quyruğunun haçası çəmənlik haçaquyruğuna nisbətən dərindir. Ümumi rəngi tünddür. Qanadlarının altı qaradır.

Yayılması

Avropa, AsiyaAfrikada yayılıb. Azərbaycanda Samur çayının deltasında[3], Dəvəçi limanında[4], Kür-Araz ovalığında–Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində[5][6], Naxçıvan MR ərazisində Arazboyu maili düzənlik və orta dağlıq qurşağında yayılıb[7].

Yaşayış yeri və həyat tərzi

Su hövzələrinin sahillərindəki nəmli biotoplarda və dayaz su sahələri əsas yaşayış yerləridir. Azərbaycana nəsil vermək üçün gəlir. Köçüb gəlmə və köçüb getmə vaxtı müəyyən edilməyib. Koloniya halında nəsil verir. Yuvaları hər tərəfdən su və bataqlıq biotopları ilə əhatə olunmuş adacıqlarda yerləşir. Yuvasında 4 yumurta olur[8][9]. Həşərat yeyir.

Sayı

Ağgöldə 25.06.1962-ci ildə 2 cütü, 02.06.1963-cü ildə 20 cütü[10], 1990-cı ilin may ayında Mahmudçala-Ağçalada 8 fərdi[11], Samur çayı deltasında 27. VII.1990-cı ildə tək-tək fərdləri və 3–5 fərddən ibarət kiçik sürüləri, 19. VIII-10. X.1988-ci ildə 30, 1988-ci ildə 19 avqustdan 10 sentyabra qədər 30 fərdi, 1989-cu ildə 4 fərdi[12], 1998-ci ilin iyul ayında Qızılağac Dövlət Təbiət Qoruğunda 14 fərd[13] qeyd edilib.

Məhdudlaşdırıcı amillər

Yayda dayaz su sahələrinin quruması və yaşayış yerlərində çoxlu mal-qara otarılması.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağan edilmişdir. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan və Ağgöl Milli Parkları, Dövlət Təbiət Yasaqlıqları kömək edir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR–in (2007) "Qırmızı Kitab"larına, Ramsar, Bonn, Bern konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Mahmudçala-Ağçala göllər sisteminə yasaqlıq, Sarısu-Şərbət qobu göllər sisteminə isə qoruq statusunun verilməsi, eyni vaxtda növün qorunmasının fəal maarifçiliyi məsləhətdir.

Ədəbiyyat

  1. Mustafayev Q. T., Sadıqova N. A. Azərbaycanın quşları. Bakı, "Çaşıoğlu", 2005, s. 203;
  2. Mustafayev Q. T., Babayev İ. R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.
  3. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi.

Xarici keçidlər

İstinadlar