Bernardo Silva

Portuqaliyalı futbolçu

Bernardo Mota Veyqa de Karvalyo e Silva (10 avqust 1994[1][2], Lissabon) — Portuqaliyalı futbolçu. İngiltərənin Mançester Siti klubunda və Portuqaliya milli futbol komandasının yarımmüdafiəçisi.

Bernardo Silva
port. Bernardo Silva
Bernardo Silva 2017-ci ildə Portuqaliyada
Bernardo Silva 2017-ci ildə Portuqaliyada
Ümumi məlumatlar
Tam adıBernardo Mota Veyqa de Karvalyo e Silva
Doğum tarixi (29 yaş)
Doğum yeriLissabon, Portuqaliya
VətəndaşlığıPortuqaliya Portuqaliya
Boyu1,73
Çəkisi66 kq
MövqeyiYarımmüdafiəçi
Klub haqqında məlumat
Klubİngiltərə Mançester Siti
Nömrəsi20
Karyerası
Gənclik karyerası
2002—2013Portuqaliya Benfika
Klub karyerası[* 1]
2013—2015Portuqaliya Benfika B38 (7)
2013—2015Portuqaliya Benfika1 (0)
2014—2015 Fransa Monako15 (2)
2015—2017Fransa Monako86 (22)
2017—h.hİngiltərə Mançester Siti0 (0)
Milli yığma[* 2]
2013Portuqaliya Portuqaliya U-1913 (2)
2013—h.hPortuqaliya Portuqaliya U-2114 (6)
2015—h.hPortuqaliya Portuqaliya14 (2)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1 iyul 2017-ci ildən Premyer liqa təmsilçilərindən olan Mançester Siti klubunda çıxış edəcək.

Klub karyerası

Benfika

Silva Benfika akademiyasının yetirməsidir. Silva klub ilə birlikdə 2013-cü ildə 2012–13 Portuqaliya Gənclər Çempionatının qalibi olmuşdur.[3] O, Benfika B ilə debütünü 10 avqust 2013-cü ildə (1-ci oyun günü) 2013–14 Sequnda Liqasında Trofense klubuna qarşı oyunda etmişdir.[4]

Silva Benfika klubu ilə debütünü 19 oktyabr 2013-cü ildə 19 yaşı olarkən 2013–14 Portuqaliya Kubokunun üçüncü mərhələsində Kampeonata de Portuqal təmsilçilərindən olan Desportivo de Kinfaeş klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə meydana daxil olmuş və komandası 1–0 hesabı ilə qalib gəlmişdir.[5] O, Benfika B-dəki yaxşı performansına görə 2013–14 Sequnda Liqa mövsümündə İlin Tapıntısı mükafatına layiq görülmüşdür.[6] O, 2013–14 mövsümündə Benfika klubu ilə daxili trebl-qələbənin şahidi olmuşdur.

Bernardo Silva heç vaxt Benfikaya olan məhəbbətini sosial mediada və ya müsahibəsində əks etdirməmişdir. O bəyan edib ki, o, həmişə klubun əsas heyəti nə düşməyi arzulayıb, lakin buna nail ola bilmədiyi üçün kluba olan sevgisi azalıb. Müsahibədən sonra Silva "evə" qayıtmaq və Benfika karyerasını başa çatdırmaq qərarına gəlmişdir.

Monako

2014–15 mövsümü

7 avqust 2014-cü ildə Silva Monako klubuna bir illik icarəyə verilmişdir.[7] O, Monako klubu ilə debütünü 17 avqustda Liqa 1 görüşündə Bordo klubuna qarşı oyunda etmişdir. Silva ikinci hissədə Lukas Okamposu əvəz etmişdir.[8] 21 sentyabrda o, Genqam klubuna qarşı liqa görüşünə ilk on birlikdə start vermişdir.[9] Həmin görüşdə Monako rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir. Silva ilk qolunu 14 dekabrda Liqa 1 görüşündə Olimpik Marsel klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Monako rəqibinə 1–0 hesabı ilə qalib gəlmişdir.[10]

Bernando Silva Monako ilə

20 yanvar 2015-ci ildə Benfika müəyyən maliyyə problemləri səbəbindən Silvanı 15.75 milyon avro qarşılığında Monakoya satmışdır.[11] Silva Monako klubu ilə 30 iyun 2019-cu ilə qədər müqavilə imzalamışdır.[12]

10 aprel 2015-ci ildə o, Kann klubuna qarşı liqa görüşündə dubl müəllifi olmuş və komandası 3–0 hesabı ilə qalib gəlmişdir.[13]

2015–16 mövsümü

10 avqust 2015-ci ildə Silva Monako klubu ilə 2020-ci ilin iyun ayına qədər bir illik müqavilə imzalamışdır.[14]

2016–17 mövsümü

18 oktyabr 2016-cı ildə 2016–17 UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində ÇSKA Moskva klubu ilə görüşdə Silva 87-ci dəqiqədə qol vurmaqla Monakonun bərabərlik qolunun müəllifi olmuşdur. Həmin görüşdə Monako rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.[15] 15 yanvar 2017-ci ildə Silva Marsel klubuna qarşı oyunda dublla yadda qalmış və komandası 4–1 hesabı ilə qalib gəlmişdir. Bu qələbə Monakonu Liqa 1 cədvəlində ilk dəfə ilk beş həftə ərzində zirvəyə qalxmağa kömək etmişdir.[16] 29 yanvar 2017-ci ildə Park de Prinsesdə keçirilən Pari Sen-Jermen klubu ilə görüşdə Silva 92-ci dəqiqədə qol vurmaqla komandasına bir xal qazandırmışdır. Həmin görüşdə Edinson Kavaninin 81-ci dəqiqədə vurduğu qol qeydə alınmamışdır. Həmin görüşdə Monako rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.[17]

Silva 2016–17 mövsümünündə Liqa 1-də 8 qol və 9 assistlə, bütün turnirlər daxil olmaqla 58 görüşdə 11 qol və 12 assistlə yadda qalmışdır.[18][19]

Mançester Siti

26 may 2017-ci ildə Silva tibbi müayinədən keçdikdən sonra Mançester Siti klubu ilə beş illik müqavilə imzalamışdır. Transferin dəyəri naməlum olaraq qalır. Bəzi mənbələrə görə, transferin dəyəri €50 milyon (£43.5 milyon), üstəgəl əlavə performansa görə €20 milyon (£17.5 milyon) təşkil edir.[20]

Silva rəsmən klubun 2017–18 mövsümünə 1 iyul 2017-ci ildə qoşulacaq.[21]

Milli karyerası

2013-cü ildə Silva Portuqaliya ilə 2013 UEFA Avropa U-19 Futbol Çempionatında iştirak etmiş və yarımfinalçı olmuşdur.[22] O, çıxışları ilə UEFA jurnalistləri tərəfindən 19 yaşadək 10 aparıcı və istedadlı futbolçu siyahısına daxil edilmişdir.[23][24][25]

Silva Portuqaliya millisi ilə debütünü 31 mart 2015-ci ildə Eştorildə Kabo-Verde millisinə qarşı yoldaşlıq oyununda etmiş və komandası 2–0 hesabı ilə məğlub olmuşdur.[26]

27 iyun 2015-ci ildə Silva Portuqaliya U-21 millisi tərkibində Çexiyada keçirilən UEFA Avropa U-21 Çempionatında Almaniya U-21 millisi ilə yarımfinal görüşündə ilk qolunu vurmuşdur.[27] Lakin Silva UEFA Avro 2016-da iştirak edən Portuqaliya millisinin heyətinə daxil edilməmişdir.[28]

Karyera statistikası

Klub

27 May 2017 tarixində yenilənib[10]
KlubMövsümLiqaKubokLiqa KubokuKontinentalÜmumi
OyunQolOyunQolOyunQolOyunQolOyunQol
Benfika B2013–14387387
Benfika2013–141010100030
Monako (icarə)2014–15152112030213
Monako2014–15177201040247
2015–16327301080447
2016–1737830301535811
Ümumi10124917030314728
Ümumi karyera140311018030318835

Milli komanda

28 Mart 2017 tarixində yenilənib[29]
Milli komandaİlOyunQol
Portuqaliya201560
201641
201720
Ümumi121

Milli komanda qolları

24 İyun 2017 tarixində yenilənib (Nəticələr və qollar Portuqaliya hesablamasının birinci siyahısındadır.)
#TarixMəkanRəqibHesabNəticəTurnir
1.1 sentyabr 2016Estadio do Bessa, Portu, Portuqaliya  Cəbəllüttariq
4–0
5–0
Yoldaşlıq oyunu
2.24 iyun 2017Krestovski stadionu, Sankt-Peterburq, Rusiya  Yeni Zelandiya
2–0
4–0
2017 FİFA Konfederasiyalar Kuboku

Uğurları

Klub

Benfika
  • Primyera Liqa: 2013–14[30]
  • Portuqaliya Kuboku: 2013–14[30]
  • Taça da Liqa: 2013–14[30]
Monako

Milli komanda

Portuqaliya
  • UEFA U-21 Avropa Çempionatı: İkinci yer 2015

Fərdi

  • Sequnda Liqa İlin Tapıntısı: 2013–14[6]
  • SJPF Sequnda Liqa Ayın Futbolçusu: oktyabr 2013,[31] dekabr 2013,[32] yanvar 2014[33]
  • 2013 UEFA Avropa U-19 Çempionatı: Turnirin Komandası[34]
  • 2015 UEFA Avropa U-21 Çempionatı: Turnirin Komandası[35]
  • UNFP Ayın Futbolçusu: yanvar 2017[36]
  • UNFP Liqa 1 İlin Komandası: 2016–17[37]

İstinadlar

Xarici keçidlər