Belqrad Universiteti
Belqrad Universiteti (serb. Универзитет у Београду / Univerzitet u Beogradu) — Serbiyanın paytaxtı Belqrad şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru İvanka Popoviçdir.
Belqrad Universiteti | |
---|---|
44°49′07″ şm. e. 20°27′27″ ş. u. | |
Əsası qoyulub | 1808 |
Tip | Dövlət |
Rektor | İvanka Popoviç |
Tələbə sayı | 89,827[1] |
Şəhər | Belqrad |
Ölkə | |
Sayt | bg.ac.rs |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Avropanın ən qədim universitetlərindən biri, Serbiyanın isə ən qədim universiteti olan Belqrad Universitetinin əsası 1808-ci ildə Belqrad Ali Məktəbi kimi qoyulmuşdur[3]. 1905-ci ildə[4] kralın Sərəncamı ilə universitet statusu qazanmış[3] və him vaxtdan Belqrad Universiteti adlanır.
2000-ci ildə Serbiyada baş verən "Buldozer inqilabı"ndan sonra Belqrad Universitetinə daha çox müstəqillik verilib, universitet Bolonya prosesinə qoşulub[3].
Fakültələri
Universitetin 31 fakültəsi var[5]:
- Kənd təsərrüfatı fakültəsi
- Memarlıq fakültəsi
- Biologiya fakültəsi
- Kimya fakültəsi
- Mülki mühəndislik fakültəsi
- İqtisadiyyat fakültəsi
- Elektrik mühəndisliyi fakültəsi
- Meşə təsərrüfatı fakültəsi
- Coğrafiya fakültəsi
- Hüquq fakültəsi
- Riyaziyyat fakültəsi
- Mexanika mühəndisliyi fakültəsi
- Tibb fakültəsi
- Mədənçilik və geologiya fakültəsi
- Təşkilati elmlər fakültəsi
- Şərq ortodoks teologiyası fakültəsi
- Əczaçılıq fakültəsi
- Filologiya fakültəsi
- Fəlsəfə fakültəsi
- Fiziki kimya fakültəsi
- Fizika fakültəsi
- Siyasi elmlər fakültəsi
- Təhlükəsizlik araşdırmaları fakültəsi
- Xüsusi təhsil və reabilitasiya fakültəsi
- İdman və bədən tərbiyəsi fakültəsi
- Stomatologiya fakültəsi
- Müəllim hazırlığı fakültəsi
- Texniki elmlər fakültəsi
- Texnologiya və metallurgiya fakültəsi
- Nəqliyyat mühəndisliyi fakültəsi
- Baytarlıq fakültəsi
- Texniki elmlər fakültəsi
- Filologiya fakültəsi
- Texnologiya və metallurgiya fakültəsi
- Nəqliyyat mühəndisliyi fakültəsi
Elmi-tədqiqat institutları
Universitetdə 12 elmi-tədqiqat institutu fəaliyyət göstərir:
- Tətbiqi Nüvə Enerjisi İnstitutu
- Kimya, Texnologiya və Metallurgiya İnstitutu
- Tarix İnstitutu
- Tibbi Araşdırma İnstitutu
- Molekulyar Genetika və Genetik Mühəndislik İnstitutu
- Çoxsahəli Araşdırma İnstitutu
- Fəlsəfə və Sosial nəzəriyyə İnstitutu
- Fizika İnstitutu
- Mixaylo Pupin İnstitutu
- Nikola Tesla adına Elektrik Mühəndisliyi İnstitutu
- Sinişa Stankoviç adına Bioloji Tədqiqatlar İnstitutu
- Vinça Nüvə İnstitutu
Mərkəzlər
Universitetdə müxtəlif sahələrlə bağlı 9 Mərkəz fəaliyyət göstərir:
- İnformasiya Mərkəzi
- Kompüter Mərkəzi
- Serb-Yapon Elmi Simulyasiya Mərkəzi
- Karyera İnkişaf Mərkəzi
- Strateji İdarəetmə Mərkəzi
- Texnoloji Transfer Mərkəzi
- Əlil Tələbələr Mərkəzi
- Keyfiyyətin Təminatı Mərkəzi
- Həyat Boyu Öyrənmə Mərkəzi
Kitabxanası
Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası XIX əsr serb siyasi fəalı Svetozar Markoviçin adınadır[6].
Xarici əlaqələri
Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir[5].
Reytinqi
2003-2011 | 2012[8] | 2013[9] | 2014[10] | 2015[11] | 2016[12] |
---|---|---|---|---|---|
- | 401-500 | 301-400 | 301-400 | 301-400 | 201-300 |
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
- bg.ac.rs — Belqrad Universitetinin rəsmi saytı