Bediha Tunadağı

Bediha Tunadağı (20 avqust 1985, Qaziantep) — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.[1]

Bediha Tunadağı
türk. Bediha Tunadağı
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi20 avqust 1985(1985-08-20) (38 yaş)
Doğum yeri
Çəkisi58 kq
İdman növüağır atletika

Karyerası

1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür.[2] Bedihanın baş məşqçisi Mehmet Doğandır.[3]

2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur.[4]

Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.[3]

Nəticələri

SıraTurnirEv sahibiNəticə
BTÜ
4652004 Dünya Gənclər Çempionatı Minsk75+90=165[5]
1410132010 Dünya Çempionatı Antalya89+111=200[6]
4442011 Avropa Çempionatı Kazan87+108=195[4]
1513132011 Dünya Çempionatı Paris90+115=205[7]
5--2012 Avropa Çempionatı Antalya91+ — = 0[8]

İstinadlar