Bcni

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Kənd
Bjni
Bicni
40°27′34″ şm. e. 44°38′55″ ş. u.
Ölkə Ermənistan
RegionDərəçiçək mahalı
RayonAxta rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.550 ± 1 m
Saat qurşağıUTC+4
Əhalisi
Əhalisi
  • 2.547 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Bjni Bicni xəritədə
Bjni Bicni
Bjni
Bicni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bicni İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd.[2]

Rayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Beçni formasında[3], Qafqazın 5 verstlik xəritəsində Bicni kimi[4] qeyd edilmişdir.

Toponim beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır.

Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–30-cu illərdə, eləcə də 1915–27-ci illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür[5]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır[6]. 1918–20-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra (1922-ci ildən sonra) azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1926-cı ildə kənddə 48 nəfər, 1931-ci ildə 64 nəfər azərbaycanlı yaşamışdır[7]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə azrbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. İndi yalnız ermənilər yaşayır.

Həmçinin bax

mənbəni redaktə et

Naviqasiya menyusu