Bayramlı (Tovuz)

Azərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd

BayramlıAzərbaycan Respublikasının Tovuz rayonunun Bayramlı kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Bayramlı kəndi Azaflı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bayramlı kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3]

Bayramlı
40°54′48″ şm. e. 45°40′07″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.744 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Bayramlı xəritədə
Bayramlı
Bayramlı

Toponimikası

Bəzən Əsrik (sahilində yerləşdiyi çayın adından) Bayramlı da adlanır. Kəndin adı muğanlı tayfasının bayramlı tirəsinin adı ilə bağlıdır.[4]

Tarixi

Tarixi abidələri

Bayramlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar №Abidənin adıTarixiYerləşdiyi ünvanNövüƏhəmiyyət dərəcəsi
1796Daş qutusu nekropolu[5]E.ə. VIII–VII əsrlərBayramlı kəndiArxeolojiÖlkə
1797Küp qəbirləri nekropolu[6]E.ə. II minillik-e. II əsrBayramlı kəndiArxeolojiÖlkə
1798Yaşayış yeri[7]Son tunc dövrüBayramlı kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi

Kənd Tovuz-Böyük Qışlaq yolunun sağ tərəfində yerləşir. Rayon mərkəzindən kəndə qədər məsafə 7 kilometrdir. Azaflı, Aşağı Quşçu, Əsrik Çırdaxan, Yanıqlıİbrahimhacılı kəndləri ilə qonşudur. Ərazisi dağlıq və dağətəyi zonadır. Kəndin şimal sərhəddindən Əsrikçay keçir.

Əhalisi

İlDaimi əhaliKişilərQadınlar
1999[8]248411881296
2009[9]↗2744↗1360↗1384

Şəhidləri

İqtisadiyyatı

Kənd əhalisi əsasən maldarlıqəkinçiliklə məşğul olur.

Mədəniyyəti

Kənddə Bayramlı kənd kitabxana filialı fəaliyyət göstərir.[11]

Təhsil

Kənddə Elşad Orucov adına Bayramlı kənd tam orta məktəbi və Zahir Yusifov adına Bayramlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə Bayramlı kənd həkim məntəqəsi yerləşir.[14]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax