Battlefield V

Battlefield V (həmçinin Battlefield 5, BF5BFV; azərb. Döyüş meydanı V‎) — "EA DICE" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və birinci şəxs atıcı janrında olan videooyun. "Battlefield" seriyasındakı 8-ci epizoddur (ümumilikdə 16). Oyunun 19 oktyabr 2018-ci il tarixində satışa çıxarılmasına qərar verilmişdi, ancaq daha sonra bu qərar ləğv olundu. Oyun 20 noyabr 2018-ci il tarixində Microsoft Windows, PlayStation 4Xbox One platformaları üçün satışa çıxarılmışdır.

Battlefield V
"Battlefield V" videooyununun rəsmi afişası
"Battlefield V" videooyununun rəsmi afişası
HazırlayanEA DICE[qeyd 1]
YayımlayanElectronic Arts
Seriya"Battlefield"
Anons tarixi16 may 2018[1]
Buraxılış tarixiÜmumdünya 20 noyabr 2018
JanrlarBirinci şəxs atıcı
Kral döyüşü
Yaş reytinqləriESRB: MMature
DizaynerlərDanyel Berlin
Natali Ek
Ross Darvill
RəssamlarKarlos Villarreal Kuasek
Konn Berqkvist
Fabyen Kristian
Yoakim Stiqsson
BəstəkarlarPatrik Andren
Yohan Söderkvist
Texniki məlumat
PlatformalarMicrosoft Windows
PlayStation 4
Xbox One
MühərriklərFrostbite 3
Oyun rejimləriBirnəfərli oyun
Çoxnəfərli oyun
İnterfeysin diliingilis dili
DaşıyıcılarDVD (PC üçün), Blu-Ray (PS4Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live)
İdarəetməKlaviaturasiçan
qeympad
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oyunun əsas süjet xətti sələfi "Battlefield 1"-in izindən gedərək İkinci Dünya müharibəsində cərəyan edir.

Süjet

Oyunun süjeti İkinci Dünya müharibəsində cərəyan edir.

Oynanış

Birnəfərli

"Battlefield V"-də "Müharibə hekayələri" (ing. War stories) adlı hekayə toplusundan ibarət bir birnəfərli kampaniya rejimi var. Bu rejim İkinci Dünya müharibəsinin aspektlərinə əsaslanır.[2]

Kooperativ

"Battlefield V"-də "Birləşmiş Silahlar" (ing. Combined Arms) adlı bir kooperativ oyun rejimi mövcuddur. Bu rejim "Battlefield 3"-dəki ko-op kampaniyasına bənzəyir. Rejim dörd oyunçunu İkinci Dünya müharibəsinin cəbhələrində keçən missiyaları tamamlamağı tapşırır. Bu missiyalardan birində oyunçular bir hərbi paraşütçü dəstəsini idarə edir.

Çoxnəfərli

"Battlefield V" geympleyində komanda-əsaslı mexanikalara, ehtiyatların çatışmazlığı ideyasına və gerçəkçiliyi mükəmməlləşdirmək üçün oyundan "abstraksiyaları" çıxarmağa əhəmiyyətli dərəcədə önəm verir.[2] Yeni "Bölük" (ing. Company) sistemi sayəsində seriyanın klassik xüsusiyyətlərindən biri olan oyunçu özəlləşdirməyə daha böyük diqqət ayrılır. Bu sistemlə oyunçular müxtəlif kozmetika və silah seçimləri ilə fərqli-fərqli personajlar yarada bilirlər. Kozmetik əşyalar və oyun-içi valyutanı sadəcə oyun tərəfindən verilən tapşırıqlarla əldə etmək olur.[3]

Oyunda "mütəmadi" kampaniya rejimi olan "Müharibənin dalğaları" (ing. Tides of War), Kral döyüşü (ing. Battle Royale) və "Böyük əməliyyatlar" (ing. Grand Operations)[qeyd 2] kimi bir neçə yeni oyun rejimi mövcuddur. "Böyük əməliyyatlar" rejimində hər bir raundun konkret bir tapşırığı olacaq. Oyunçunun hər bir raundda göstərdiyi şücaət qarşıdan gələn raunda təsir göstərir. Matçlar "Son dayanış" (ing. Final Stand) ilə sona çatır. Bu mərhələdə oyunçular sadəcə tapança kimi limitli döyüş sursatına malik olan bir birincil silahdan istifadə edərək və respaun olmadan son dəfə bir-birləri ilə döyüşməlidir.

Oyun haqda olan təfsilatlar "EA Games" şirkətinin 9 iyun 2018-ci il tarixində E3 2018-də keçirdiyi press konfransında açıqlanmışdır.[4] Oyunun müəllifləri oyunda bir Kral döyüşü rejiminin olacağını açıqlamışdır.[5][6] "Alov tufanı" (ing. Firestorm) adlı bu rejim 2019-cu ilin mart ayında buraxılacaq.[7]

Marketinq və buraxılış

Elan

"EA DICE" şirkəti "Battlefield V" haqqında olan ilk rəsmi məlumatları 23 may 2018-ci il tarixində açıqlamışdır. İstehsal şirkətinin rəsmi işçiləri oyun haqda daha çox məlumatın iyun ayında, E3 2018 tədbirinin bir parçası olaraq, EA Play press konfrasında açıqlayacağını demişdir. "EA DICE" işçilərinin dediyinə görə, "Battlefield 1"dən fərqli olaraq, oyun ödənişli endirilə bilən məzmundan və ya "lutboks"lardan istifadə etməyəcək və yeni məzmun bütün oyunçulara zaman keçdikcə pulsuz veriləcək.[8][9] Bu xüsusiyyətləri oyundan çıxarmaq fikri digər bir "EA DICE" oyunu olan "Star Wars Battlefront II"-nin lutboks sisteminə qarşı 2018-ci ildə bir böyük həcmli bir qarşıdurmanın olması idi.[10] Oyun ilk növbədə 19 oktyabr tarixində satışa çıxarılacaqdı, ancaq daha sonra bu tarix 20 noyabra çəkilmişdir. Bunun səbəbi istehsalçılara "əsas qempleyə son dəyişiklikləri etməsi üçün vaxt vermək" idi.[11]

Qəbul

Buraxılış-əvvəli

"Battlefield V"-in elan treylerində tarixi dəqiqlik və əslliyin olmaması seriyanın əksər fanından mənfi reaksiya yaratmışdır. Treylerin siyasi düzgünlüyün tətbiqi hissini oyandıran hissəsi, cəbhədə vuruşan britaniyalı bir qadına böyük diqqət verməsidir. Mənfi reaksiyanın digər bir mənbəyi treylerin həmin dövrdə qeyri-adi olan silahlardan, protezlərdən və bədən sənətindən istifadəni təsvir etməsidir.[12] Buna baxmayaraq, reaksiyanın tənqidçiləri İkinci Dünya müharibəsində qadın əsgərlərin fəaliyyətinin nadir olmadığı[13][14] və "Battlefield" seriyasının keçmiş oyunlarının müharibəni tam gerçəkçi təsvir etmədiyini iddia ediblər.[15][16] Etirazlara bir cavab olaraq, oyunun icraçı prodüseri Aleksandr Qrondal öz "Twitter" hesabında “biz əslliyə həmişə zarafat qatacağıq” yazmışdır.[17] "DICE" studiyasının baş meneceri Oskar Qabrielson öz "Twitter" hesabında “Oyunçu seçimi və oynanıla bilən qadın personajlar qalacaq. Bizim bir studiya olaraq öhdəliyimiz inklüziv və müxtəlif oyunlar yaratmaq üçün hər şey etməkdir. Biz həmişə sərhədləri itələmək və sizə gözlənilməz təcrübələr çatdırmaq üçün fəaliyyət göstəririk” yazmışdır.[18]

"Electronic Arts"ın baş yaradıcı direktoru Patrik Söderlund istehsalçıların videooyun cəmiyyətini dəyişdirmək üçün zərər almaqla maraqlanmadığını demişdir. O, daha sonra "biz bu motiv üçün ayağa qalxırıq, çünki, necə desək, bunu anlamayan insanların iki seçimə malik olduğunu düşünürəm. Ya bunu qəbul etsinlər, ya da oyunu satın almasınlar" demişdir.[19] Sentyabr ayında "EA DICE" şirkətinin işçiləri "biz oyunçuların öz personajlarını əsl avadanlıqlarla özəlləşdirməsi barədə həyəcanlı olmasını istəyirdik. Biz bu funksiyanı bir qədər sadələşdirdik. Çox qarmaqarışıqlıq yaranmışdı. Biz biraz əsllik təqdim etmək istəyirdik və bu bizim üçün önəmlidir, bu bizim oyunçularımız üçün önəmlidir" deyərək "oyuna daha çox dəqiqlik vermək üçün" oyundakı personaj özəlləşdirilmə funksiyasının sadələşdirildiyini açıqlamışdır.[20]

2018-ci ilin avqust ayında "Cowen Group" şirkəti videooyun sənayesi üzrə apardığı araşdırmada "Battlefield V" üçün olan öncədən sifariş statistikasının "zəif" və "Call of Duty: Black Ops 4" üçün olan statistikadan 85% geridə olduğunu açıqlamışdır.[21][22]

Tənqidçilərin mövqeyi

Qeydlər

İstinadlar

Xarici keçidlər

battlefield.com/games/battlefield-5 — "Battlefield V"-in rəsmi saytı