Barselona FK prezidentlərinin siyahısı

"Barselona" Futbol Klubuİspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərini təmsil edən, İspaniyanın ali futbol liqası olan La Liqada çıxış edən futbol klubu. 1899-cu ildə qurulandan bəri klubun 41 fərqli prezidenti olmuşdur. Klub üzvlərinə məxsus olan "Barselona" FK-da prezident məhdud məsuliyyətli cəmiyyətdə olan sistemə bənzər şəkildə səsvermə yolu ilə seçilir. Prezident klubun ümumi rəhbərliyi, o cümlədən oyunçular və heyət ilə rəsmi müqavilələr bağlamaq məsuliyyətini daşıyır. İspaniyada klub prezidentinin rəqib komandanın prezidenti ilə birlikdə əsas komanda matçlarını izləməsi adətə çevrilmiş bir haldır.

"İDMAN QEYDİ. "Sosyedad Los Deportes"in Fut-Vall bölməsindən və keçmiş İsveçrə çempionu olan dostumuz və tərəfdaşımız cənab Kans Kamper Barselonada bəzi matçlar təşkil etmək istəyir, bu idman növünü sevən hər kəsdən çərşənbə axşamı və cümə axşamları 9-dan 11-dək bu idarəyə gəlmələrini xahiş edir"
Qamperin "Los Deportes" qəzetində dərc olunmuş reklamı.
Azərbaycanca tərcüməsi:
"İDMAN QEYDİ. "Sosyedad Los Deportes"in Fut-Vall bölməsindən və keçmiş İsveçrə çempionu olan dostumuz və tərəfdaşımız cənab Kans Kamper Barselonada bəzi matçlar təşkil etmək istəyir, bu idman növünü sevən hər kəsdən çərşənbə axşamı və cümə axşamları 9-dan 11-dək bu idarəyə gəlmələrini xahiş edir".

Tarixi

22 oktyabr 1899-cu il tarixində İsveçrə idmançısı Joan Qamper "Los Deportes" (azərb. İdman‎) qəzetində şəhərdə bir futbol klubu yaratmaq istədiyini açıqlamışdır. Bu istəyə müsbət cavab verilmiş, 29 noyabrda "Sole" gimnaziyasında yığıncaq təşkil edilmişdir. Bu yığıncağa daha sonra klubun birinci prezidenti olmuş Uolter Uayld və klubun ikinci prezidenti olmuş Bartomeu Brutau Terradas da daxil olmaqla 11 nəfər qatılmışdır. Burada alınan qərar ilə "Barselona" FK yaradılmışdır.[1]

Joan Qamper 1908-ci ildə klubu məhv olmaqdan xilas etmək üçün ilk dəfə klub prezidenti olmuşdur. Klub 1905-ci ildə Kataloniya çempionatından bəri heç bir nailiyyət əldə etməmiş, nəticədə də ciddi maliyyə sıxıntıları yaşayırdı. Qamper sonradan 1908–1925-ci illər arasında beş ayrı halda klub prezidenti olmuşdur. Ümumiyyətlə, o, klubda 26 il keçirmişdir. Onun əsas nailiyyətlərindən biri də "Barselona"nın öz stadionunu əldə etməsində və bununla da sabit gəlir bazasının yaradılmasında kömək olmaq idi.[1] 1966-cı ildən bəri hər il mövsümün əvvəlində onun şərəfinə Joan Qamper kuboku adlı futbol turniri keçirilir.[2]

Komanda 1930–1938-ci illər arasında altı dəfə Kataloniya çempionatının qalibi olmuşdur.[3] Buna baxmayaraq, klub 1937-ci ildəki mübahisəli qələbəsi istisna olmaqla, ölkə səviyyəsində uğur tapa bilməmişdir. La Liqanın 1929-cu ildə yaranmasından 1978-ci ilə qədər "Barselona"da 20 fərqli prezident xidmət göstərmişdir. Bu o deməkdir ki, hər prezidentlik dövrü orta hesabla iki il yarım davam etmişdir. Xosep Luis Nunyes 1978-ci ildə "Barselona"nın seçki ilə prezident olan ilk klub rəsmisi olmuşdur. O vaxtdan bəri klub prezidenti onun üzvləri tərəfindən seçilir. "Barselona" FK-da klub prezidentinin seçilmə prosesi 1974-cü ildə İspaniyanın demokratiyaya keçid etməsi və Franko diktaturasının sona çatması ilə bağlı idi. Nunyesin əsas məqsədi "Barselona"nı həm meydan daxilində, həm də kənarında sabitlik ilə təmin etməklə dünya səviyyəli bir klub halına gətirmək idi.[4] Onun prezidentliyi 22 il davam etmişdir. Bununla o, klubun ən uzun müddət xidmət etmiş prezidenti olmuşdur.

Nunyesin 2000-ci ildə vəzifəsini tərk etməsindən sonra 22 il klubun vitse-prezidenti olmuş Joan Qaspar klubun rəhbərliyini ələ almışdır. Qaspar "Barselona"ya rəhbərlik etdiyi müddətdə klub heç bir kubok qazana bilməmişdir. Komanda aşağı liqaya düşmək təhlükəsindən iki xalla xilas olduqdan sonra 15-ci yerdə qərarlaşdığında, o, klubda iki il yarım xidmət etdikdən sonra, 12 fevral 2003-cü il tarixində istefa vermişdir.[5] Enrik Reyna idarə heyəti 5 may 2003-cü il tarixində istefa verənə qədər müvəqqəti prezident seçilmişdir. Bu tarixdən sonra ümumi seçkilərin keçirilməsinə qədər kluba müvəqqəti komissiya rəhbərlik etmişdir.[6] 15 iyun 2003-cü il tarixində Xuan Laporta prezident seçilmiş və qazanılan Çempionlar Liqası kubokların sayı baxımından klubun ən uğurlu prezidenti olmuşdur. Klub üç il ərzində iki dəfə Çempionlar Liqasını qazanmışdır. "Barselona" həmçinin, La Liqa 2008/09, Copa del Rey 2008/09, İspaniya Superkuboku 2009, UEFA Çempionlar Liqası 2008/09, 2009 UEFA SuperkubokuFİFA Klublararası Dünya Kuboku 2009-un qalibi olaraq "misli görünməmiş yeddiqat çempion" olmuşdur.[7]

Xosep Bartomeu 23 yanvar 2014-cü ildə Sandro Rozelin istefa verməsindən sonra müvəffəqi prezident səlahiyyətlərini icra etmiş,[8] 19 iyul 2015-ci il tarixində 54.63% səs ilə "Barselona" FK-nın prezidenti seçilmişdir.[9] O, 2020-ci ilin oktyabrında istefa vermişdir. Bunun ardınca Karles Tusketsin rəhbərlik etdiyi idarəetmə komissiyası klubun idarəsini öz üzərinə götürmüş, Xuan Laporta-i-Estruk isə 7 mart 2021-ci ildə 54% səs yığaraq ikinci dəfə prezident seçilmişdir. O, klubun hal-hazırkı prezidentidir.[10]

Prezidentlərin siyahısı

Joan Qamper "Barselona"nın qurucusu və ilk futbolçularından biri idi.
Xosep Bartomeu, klubun sabiq prezidenti
Klubun hazırkı prezidenti olan Xuan Laporta

Aşağıda "Barselona" FK-nın Uolter Uayldın 1899-cu ildə rəhbərliyi ələ almasından bu günə kimi rəsmi prezidentlik tarixçəsi verilmişdir.[11]

"Barselona" FK prezidentləri
AdıMilliyəti[a]Başlama tarixiBitmə tarixiNailiyyətlər
Uolter Uayldİngilis29 noyabr 189925 aprel 1901
Bartomeu Terradasİspan25 aprel 19015 sentyabr 1902
Paul HaasAlman5 sentyabr 190217 sentyabr 1903
Artur Uittiİngilis17 sentyabr 19036 oktyabr 1905
Xosep Solerİspan6 oktyabr 190516 oktyabr 1906
Juli Marial-i-Mundetİspan16 oktyabr 190611 noyabr 1908
Visens Retsİspan11 noyabr 19082 dekabr 1908
Joan Qamperİsveçrəli2 dekabr 190814 oktyabr 1909
Otto QmelinqAlman14 oktyabr 190917 noyabr 19101 İspaniya Kral Kuboku
Joan Qamperİsveçrəli17 noyabr 191030 iyun 19132 İspaniya Kral Kuboku
Fransesk de Moşo-i-Sentmenatİspan30 iyun 191330 iyul 1914
Alvar Prestaİspan30 iyul 191429 sentyabr 1914
Xoakim Peris de Varqasİspan29 sentyabr 191429 iyun 1915
Rafael Loparti-i-Vidoİspan29 iyun 191525 iyun 1916
Qaspar Roses-i-Arusİspan25 iyun 191617 iyun 1917
Joan Qamperİsveçrəli17 iyun 191710 iyun 1919
Rikard Qraels-i-Miroİspan10 iyun 191927 iyun 19201 İspaniya Kral Kuboku
Qaspar Roses-i-Arusİspan27 iyun 192017 iyul 1921
Joan Qamperİsveçrəli17 iyul 192129 iyul 19231 İspaniya Kral Kuboku
Erik Kardona-i-Paneliyaİspan29 iyul 19231 iyun 1924
Joan Qamperİsveçrəli1 iyun 192417 dekabr 19251 İspaniya Kral Kuboku
Arkadi Balager-i-Kostaİspan17 dekabr 192523 mart 19292 İspaniya Kral Kuboku
Tomas Roses-i-İbotsonİspan23 mart 192930 iyun 19301 La Liqa
Qaspar Roses-i-Arusİspan30 iyun 193022 oktyabr 1931
Antoni Oliver-i-Qrasİspan22 oktyabr 193120 dekabr 1931
Joan Koma-i-Sarasolsİspan20 dekabr 193116 iyul 1934
Esteve Sala-i-Kanyadelİspan16 iyul 193427 iyul 1935
Xosep Sunyol Karriqaİspan27 iyul 19356 avqust 1936
İdarə komissiyası0M/D6 avqust 19366 may 1939
Joan Soler-i-Xuliyaİspan6 may 193913 mart 1940
Enrike Pineyro Keraltİspan13 mart 194010 iyul 19421 İspaniya Kral Kuboku
Jozep Vifal-Ribas-Quelİspan10 iyul 194213 avqust 1942
Enrike Pineyro Keraltİspan13 avqust 194220 avqust 1943
Xosep Antoni de Albert-i-Muntadasİspan20 avqust 194320 sentyabr 1943
Xosep Vendrel-i-Ferrerİspan20 sentyabr 194320 sentyabr 19461 La Liqa, 1 Yeva Duarte Kuboku
Aqusti Montal-i-Qalobartİspan20 sentyabr 194616 iyul 19523 La Liqa, 2 İspaniya Kral Kuboku, 2 Yeva Duarte Kuboku
Enrik Marti-i-Karretoİspan16 iyul 195222 sentyabr 19531 La Liqa, 1 İspaniya Kral Kuboku, 1 Yeva Duarte Kuboku
Fransesk Miro-Sans-i-Kasakubertaİspan22 sentyabr 195328 fevral 19612 La Liqa, 2 İspaniya Kral Kuboku, 2 Yarmarkalar Kuboku
Enrik Lyaudet-i-Ponsaİspan28 fevral 196117 yanvar 19681 İspaniya Kral Kuboku, 1 Yarmarkalar Kuboku
Narsis de Karreras-i-Giterasİspan17 yanvar 196818 dekabr 19691 İspaniya Kral Kuboku
Aqusti Montal-i-Kostaİspan18 dekabr 196918 dekabr 19771 La Liqa, 1 İspaniya Kral Kuboku
Raymon Karrasko-i-Azemarİspan18 dekabr 19771 iyul 19781 İspaniya Kral Kuboku
Xosep Luis Nunyes-i-Klementeİspan1 iyul 197823 iyul 20007 La Liqa, 6 İspaniya Kral Kuboku, 2 İspaniya Liqa Kuboku, 5 İspaniya Superkuboku, 1 Avropa kuboku, 4 Kuboklar Kuboku, 2 UEFA Superkuboku
Joan Qaspar-i-Solves Joan Qasparİspan23 iyul 200012 fevral 2003
Enrik Reyna-i-Martinesİspan12 fevral 20036 may 2003
İdarə komissiyası0M/D6 may 200315 iyun 2003
Joan Laporta-i-Estruk Joan Laporta[b]İspan15 iyun 200330 iyun 20104 La Liqa, 1 İspaniya Kral Kuboku, 3 İspaniya Superkuboku, 2 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku
Sandro Rossel-i-Feliuİspan30 iyun 201023 yanvar 20142 La Liqa, 1 İspaniya Kral Kuboku, 2 İspaniya Superkuboku, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku
Xosep Mariya Bartomeu-i-Floretaİspan23 yanvar 201427 oktyabr 20203 La Liqa, 4 İspaniya Kral Kuboku, 2 İspaniya Superkuboku, 1 Çempionlar Liqası, 1 UEFA Superkuboku, 1 FİFA Klublararası Dünya Kuboku
Karles Tuskets (müvəqqəti)İspan29 oktyabr 20207 mart 2021
Xuan Laporta-i-Estruk[c]İspan7 mart 2021hal-hazırda1 İspaniya Kral Kuboku

Qeydlər

İstinadlar

Xarici keçidlər