Ballıqaya qətliamı

Ballıqaya qətliamıErmənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 28 avqust 1992-ci il tarixdə dinc əhaliyə qarşı soyqırımı.[1]

Ballıqaya qətliamı
Qarabağ münaqişəsi
Ballıqayada soyqırım günü: Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində soyqırıma aid hadisədən sonra çəkilmiş bir neçə şəkildən düzəldimiş kollaj
Tarix28 avqust 1992-ci il
YeriBallıqaya, Goranboy rayonu, Azərbaycan
SəbəbiƏrazidə məskunlaşan dinc əhali arasında vahimə yaratmaq.
NəticəsiDinc sakinlər arasında çox sayda şəhid və yaralanlar oldu.
Ərazi dəyişikliyiƏrazidə dinc əhalinin yaşamasına son qoyuldu.
Ümumi itkilər
24 nəfər şəhid,
5 nəfər ağır yaralı,
4 nəfər yüngül xəsarət

Hadisə öncəsi

1992-ci ilin may ayının 18-dən sonra Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Laçın rayonunun işğalından sonra[2] Xanlar rayonunun (Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar[3][4][5].

Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı.

1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan, Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan bu ailələr məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olduğundan məsləhətləşmələr apardıqdan sonra heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədilə Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində yerləşən Gülüstan meşəsi adlanan ərazisində alaçıqda (çadırda) məskunlaşdılar.[6]

Hadisə günü

Məskunlaşdıqdan üç gün sonra 28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu[7].

Qətliamın canlı şahidlərindən olan Züleyxa Abdullayevanın Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyinin arxivində saxlanılan şahid ifadəsində deyilir:

1992-ci il 27 avqust tarixindən 28 avqust tarixinə keçən gecə saat 5 radələrində güllə səslərinə ayıldıq. Ailə üzvlərim və mən finski evin sol otağında yatmışdıq, sağ otaqda isə Hümbətov Vəzir və onun ailəsi qalırdı. 6 uşağı və yoldaşı. Ev hər tərəfdən müxtəlif silahlardan atəşə tutulurdu. Birdən Hümbətov Vəzirin ailəsinin qaldığı otağın yandığını gördüm. Atəş səsləri təxminən yarım saat davam etdi. Biz səsimizi çıxarmadıq deyə, təsadüf nəticəsində sağ qaldıq.
Züleyxa Abdullayeva[8]

Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun üzvləri heç kəsin sağ qalmadığını zənn etsələrdə təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar. 5 nəfər ağır yaralandı, 4 nəfər isə yüngül xəsarətlər aldı[9].

Hadisə zamanı hər iki valideynini itirən 3 az yaşlı uşaq xəsarət almışdır[10].

Soyqırım qurbanları

Soyadı, adı, atasının adıTəvəllüdüDoğum yeriYaşıDəfn olunduğu yer
1Abdullayev Abdulla Bədəl oğlu1934Nağdalı, Laçın rayonu58Qaradəmirçi, Bərdə rayonu
2Abdullayev Fərman Abdulla oğlu20.03.1962Nağdalı, Laçın rayonu30Qaradəmirçi, Bərdə rayonu
3Abdullayeva Səadət Abdulla qızı01.12.1973Nağdalı, Laçın rayonu19Qaradəmirçi, Bərdə rayonu[11]
4Alməmmədova Kəmalə Şəmil qızı12.03.1976Nağdalı, Laçın rayonu16Tumaslı, Bərdə rayonu
5Alməmmədova Minarə Əbülqasım qızı1930Nağdalı, Laçın rayonu62Tumaslı, Bərdə rayonu
6Alməmmədova Zeynəb Şəmil qızı02.02.1972Nağdalı, Laçın rayonu20Tumaslı, Bərdə rayonu
7Hümbətov Bəxtiyar Vəzir oğlu23.01.1982Nağdalı, Laçın rayonu10Güllücə, Ağdam rayonu
8Hümbətov Canpolad Vəzir oğlu06.03.1992Nağdalı, Laçın rayonu6 aylıqGüllücə, Ağdam rayonu
9Hümbətov Elçin Vəzir oğlu09.01.1980Nağdalı, Laçın rayonu12Güllücə, Ağdam rayonu
10Hümbətov İsmayıl Vəzir oğlu22.02.1984Nağdalı, Laçın rayonu8Güllücə, Ağdam rayonu
11Hümbətov Nəbati Vəzir oğlu01.02.1986Nağdalı, Laçın rayonu6Güllücə, Ağdam rayonu
12Hümbətova Gülnar Vəzir qızı20.02.1988Nağdalı, Laçın rayonu4Güllücə, Ağdam rayonu
13Hümbətova Hürzaman Qara qızı[12]10.09.1959Nağdalı, Laçın rayonu33Güllücə, Ağdam rayonu
14Mehdiyev Fikrət Hümbət oğlu10.10.1961Nağdalı, Laçın rayonu31Nazırlı, Bərdə rayonu
15Mehdiyev Hümbət Əbülqasım oğlu1930Nağdalı, Laçın rayonu62Nazırlı, Bərdə rayonu
16Mehdiyev Mehdi Hümbət oğlu01.01.1973Nağdalı, Laçın rayonu19Nazırlı, Bərdə rayonu
17Mehdiyev Rəhbər Məhəmməd oğlu1953Nağdalı, Laçın rayonu39Nazırlı, Bərdə rayonu
18Mehdiyeva Ayna Hümbət qızı30.10.1967Nağdalı, Laçın rayonu25Nazırlı, Bərdə rayonu
19Mehdiyeva Bəyim Aydın qızı1959Şamkənd, Laçın rayonu33Nazırlı, Bərdə rayonu
20Mehdiyeva Gülayə Əli qızı1925Şamkənd, Laçın rayonu67Nazırlı, Bərdə rayonu
21Mehdiyeva (Məhərrəmova) Qənirə İbrahimxəlil qızı1935Nağdalı, Laçın rayonu57Nazırlı, Bərdə rayonu
22Kəlbalıyeva Nübar Muradxan qızı01.12.1952Kürdhacı, Laçın rayonu40Nazırlı, Bərdə rayonu
23Mehdiyeva Suraya Məhəmməd qızı14.09.1956Nağdalı, Laçın rayonu36Nazırlı, Bərdə rayonu
24Vəliyeva Zeynəb Hüseyn qızı1882[13]Nağdalı, Laçın rayonu110Tumaslı, Bərdə rayonu

Cinayət işinin açılması

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü - soyqırım, 107-ci - əhalini deportasiya etmə və ya məcburi köçürmə, 113-cü - işgəncə, 115-ci - müharibə qanunlarını və adətlərini pozma, 116-cı - silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmaq, 120-ci - qəsdən adam öldürmə, 214-cü - terrorçuluq və digər müxtəlif maddələrlə müvafiq şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir.[14]

Hadisədən sonrakı illər

Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırım Muzeyində qorunub saxlanılır[15].

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir[16].

İstinadlar

Xarici keçidlər