Balina bitləri

Balina bitləri (lat. Cyamidae) — xərçəngkimilər yarımtipinə aid fəsilə.

Balina bitləri
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
Klad:
Pancrustacea
Sinifüstü:
Multicrustacea
Yarımsinif:
Eumalacostraca
Dəstəüstü:
Peracarida
???:
Balina bitləri
Beynəlxalq elmi adı

Bədən quruluşu

Balina bitləri enli olmaları ilə seçilirlər. Ayaqları güçlü olub, üçüncü və dördüncü seqmentlər istisna olaraq digər yerlər ayalarla ördülüdür. Bu seqmentlərdə kisəyə bənzər qəlsəməyə sahibdirlər[2][3].

Həyat tərzi

Xərçənkimilərə daxil balina bitləri parazitlərdir. Onlar Balinakimilərin dərilərində yaşayırlar. Əsasən dəliklər olan sahələrə yapışırlar. Dəridəki hüceyrələrlə qidalanırlar. Uzun zaman dərində qaldıqları zaman burada xorlar əmələ gətirirlər.

Nümayəndələri

Fəsiləyə aşağıdakı cinsləri daxildir[4]:

  • Cyamus Latreille, 1796
  • Isocyamus Gervais & van Beneden, 1859
  • Neocyamus Margolis, 1955
  • Platycyamus Lütken, 1870
  • Scutocyamus Lincoln & Hurley, 1974
  • Syncyamus Bowman, 1955

Bura daxil olan növlərdən biri olan Adi balina biti (Cyamus ceti (Linnaeus, 1758)), 10–12 mm uzunluğa malik olurlar, əsasən Şimali Avropanın dənizlərində yaşayan balinalara yapışırlar.

Belə düşünülür ki balina bitlərinə daxil olan Cyamus (Sirenocyamus) rhytinae (J. F. Brandt, 1846) növü Dəniz inəyinin dərisində yaşayırdılar. Bu yeganə haldır ki, balina biti balinalarda deyil digər dəniz canlısının üzərində yaşayırlar. Bəziləri onları Cyamus ovalis növünə aid edirlər. Bu növ Sankt Peterburqun Zooloji Muzeyində olan dəniz inəyinin dərisinə əsasən qeydə alınmışdır. Onlar canlının dərisinin epidermis qatına ağır zərbə vururlar.

İstinadlar