Bahodir Nəsimov

Bahodir Odimdjonoviç Nəsimov (özbək: Bahodir Nasimov) — Soqdiana futbol klubunda hücumçu mövqeyində oynayan özbək futbolçusudur.[1][2]

Bahodir Nəsimov
Bahodir Nasimov
Ümumi məlumatlar
Tam adıBahodir Odimdyonoviç Nəsimov
Doğum tarixi (37 yaş)
Doğum yeriSəmərqənd, Özbəkistan SSR
VətəndaşlığıÖzbəkistan Özbəkistan
Boyu179
MövqeyiHücumçu
Klub haqqında məlumat
KlubÖzbəkistan Dinamo Səmərqənd
Karyerası
Gənclik karyerası
2005–2007Özbəkistan Dinamo Səmərqənd? (?)
Klub karyerası[* 1]
2007–2010Özbəkistan Dinamo Səmərqənd58 (22)
2009  Özbəkistan Bunyodkor16 (2)
2010–2011Rusiya Rubin Kazan3 (0)
2010–2011  Azərbaycan Neftçi28 (15)
2011–2014Azərbaycan Neftçi58 (23)
2014–2015İran Padideh19 (2)
2016Özbəkistan Bunyodkor26 (8)
2017Cənubi Koreya Ansan Qriners25 (2)
2018Özbəkistan Buxara12 (3)
2018Azərbaycan Keşlə9 (0)
2019Özbəkistan Navbahor Namanqan10 (0)
2019  Özbəkistan Dinamo Səmərqənd12 (1)
2020–h.hÖzbəkistan Soqdiana1 (0)
Milli yığma[* 2]
2004–2007Özbəkistan Özbəkistan U-213 (2)
2007–2009Özbəkistan Özbəkistan U-237 (5)
2009–2015Özbəkistan Özbəkistan20 (5)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Klub karyerası

Dinamo Səmərqənd

Nəsimov karyerasına "Dinamo Səmərqənd" də başlayıb və 2007-ci ildə Özbəkistan Liqasında debüt edib.[3] Dinamo ilə işlədiyi müddətdə 58 matçda 22 qol vurdu və 2009-cu ildə, "Bunyodkor" da icarə əsasənda çıxış etnətə başladı. Burada o, 16 matçda iki qol vurdu.

Neftçi Bakı

2010-cu ildə Nəsimov, üç illik müqavilə ilə, açıqlanmayan haqq müqabilində Rusiya Premyer Liqasının çempionu "Rubin Kazan" a transfer edildi.[4][5] Azərbaycan Premyer Liqası klubu "Neftçi Bakı" ya 2010/11 mövsümü üçün icarəyə göndərildikdən əvvəl "Rubin" də iki oyunda çıxış edib.[6][7]

Nəsimov "Neftçi" nin altıncı dəfə Azərbaycan çempionu olmasında böyük pay sahibidir.[8] O, 28 oyunda 15 qol vuraraq klubun 2010/11 mövsümünün bombardiri oldu. 2011/12 mövsümündə Nəsimov 16 qolla Azərbaycan Premyer Liqasının ən yaxşı oyunçusu oldu və Bakı "Neftçi" sinin 7-ci çempion tituluna mühüm töhfə verdi.

3 avqust 2013-cü il tarixində, 2013/14 Azərbaycan Premyer Liqasının ilk oyun günündə "Neftçi" nin AZAL-a qarşı keçirdiyi oyunda Nəsimov yeni mövsümdəki ilk qolunu və zədəsindən sonra ilk qolunu vurdu. "Neftçi Bakı"da 32-ci qolunu vurdu və klubun ən yaxşı xarici hücumçusu seçildi.

"Neftçi" klubunda 3 mövsüm bombardir olan Nəsimov, bu klubda 86 oyunda 38 qol vurmuşdur.[9][10]

Padideh

31 oktyabr 2014-cü ildə Nəsimov İran Pro Liqasında iştirak edən Padideh klubu ilə üçün yeni bir müqavilə imzaladı.[11] Həzfi Kubokunda komandası 27 oktyabr 2014-cü ildə "Traktor" ilə qarşılaşdı. Oyun penaltilər seriyasında qədər davam etdi. 2015-ci ilin fevralın 6-da keçirilən "Padideh — Traktor" matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı. Maraqlısı budur ki, Nəsimov İranda 2 qol vurub və hər ikisini "Traktor" klubunun qapısına.[12]

Keşlə

10 iyul 2018-ci ildə Nəsimov Keşlə FK ilə bir illik müqavilə imzaladı.[13]

Beynəlxalq karyerası

Nəsimov Özbəkistan milli komandası ilə 2011-ci il Asiya Kubokunun seçmə mərhələsində 18 noyabr 2009-cu ildə Malayziyaya qarşı oyunda debüt etdi və 3–1 hesablı qələbə qazandığı matçda həm də ilk qoluna imza atdı vurdu.[14][15] Dördüncü matçında Nəsimov, 2014 FİFA Dünya Kubokunun seçmə mərhələsinin üçüncü mərhələsinə yüksəlmək üçün 28 iyul 2011-ci il tarixində Qırğızıstana qarşı keçirilmiş 3–0 hesablı qələbədə iki qol vuraraq dubl etdi.[16][17]

Mükafatları

Klub mükafatları

Azərbaycan Premyer Liqası

  • Qızıl (3)ː 2010/11, 2011/12, 2012/13

Azərbaycan Kuboku

  • Qızıl (2)ː 2012/13, 2013/14
  • Gümüş (1)ː 2011/12

İstinadlar