Bafomet

Bafomet — 14-cü əsrin əvvəllərində Katolik Kilsəsi tərəfindən xaric edilmiş Məbəd Cəngavərləri tərəfindən sitayiş edildiyi iddia edilən şeytan fiquru. İlk dəfə 1307-ci ildə tanrı kimi istifadə olunsa da, Bafomet termini 19-cu əsrdə populyarlaşdı. Xüsusilə bu tarixdən sonra Bafomet Elifas Levinin çəkdiyi "Sabbat Keçisi" olaraq da bilinən əsəri ilə xarakterizə olunmağa başladı. Bu təsvir kişilik və qadınlıq, yaxşı və pis, yuxarı və aşağı kimi təzadlı anlayışları ehtiva edir.[2][3]

Elifas Levi tərəfindən Bafomet rəsmi.[1] Bafometin mənfi və pis enerjini sağ əli ilə götürərək sol əli ilə yerə gətirdiyi təsvir edilmişdir. Qollarda latınca SOLVE (həll) və COAGULA (laxtalanma) sözləri yazılmışdır.

Adın etimologiyası

Müasir akademiklər və "İngilis dilinin Oksford lüğəti"nə görə Bafomet qədim fransızcada yer alan və mənası Məhəmməd olan Mahomet sözündən törəmişdir.[4] Qədim dövrlərdə xristianlar müsəlmanlara Məhəmmədə ibadət edən bütpərəstlər olaraq baxırdılar.[5]

Həmçinin bax

İstinadlar