Böyük Roma yanğını

Böyük Roma yanğını (lat. incendium magnum Romae) — b.e. 64-cü ilin iyul ayında Roma imperiyasının paytaxtı olan Roma şəhərində baş vermiş yanğın.[1] Yanğın 19 iyulda, gecə saatlarında keçən gecə Romanın Böyük sirk cəng arabası stadionunun ətrafındakı tacir dükanlarında başlamışdır. Altı gündən sonra yanğın nəzarət altına alınmışdır, lakin dəyən zərər qiymətləndirilənə qədər yanğın yenidən başlamış və daha üç gün davam etmişdir. Yanğından sonra Romanın üçdə ikisi məhv olmuşdur.[2]

A depiction of the fire burning through the city.
"Romada yanğın". Müəllif: Hubert Robert, 1785-ci il.

Korneli Tasit və sonrakı dövrlərə aid xristian ənənəsinə görə, imperator Neron şəhərdəki xristian icmasını yanğına səbəb olmaqda günahlandırmış və bu əsasla imperiyada xristianlara qarşı ilk təqibi başlatmışdır.[3]

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər