Ağyanaq bataqlıq susüpürəni
Ağyanaq bataqlıq susüpürəni | |
---|---|
![]() | |
Elmi təsnifat | |
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Gruimorphae Dəstə: Yarımdəstə: Lari Fəsilə: Cins: Növ: Ağyanaq bataqlıq susüpürəni | |
Beynəlxalq elmi adı | |
Ağyanaq bataqlıq susüpürəni (lat. Chlidonias hybrida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü.
Görünüşü
mənbəni redaktə et24–28 sm uzunluğuna malik olurlar. Qanadları arasındakə məsafə 63 sm-ə qədərdir. Çütləşmə dönəmində sinəsi boz rəngdə olur. Başında qara "qapaq" olduğu halda yanaqları və quyruq lələkləri ağ rəngdədir. Dimdik və pəncələri qırmızıdır.
Yayılması
mənbəni redaktə etAğyanaq bataqlıq susüpürəni Avropanın və Ön asiyanın su turtarları ətrafında yayılırlar. Şimalda Aral dənizi və Xəzər dənizi, Qara dəniz, cənubda Pakistan və Ərəbistan yarımadasına qədər ki ərazidə yayılırlar. Avropada Belarus, Ukraynanın cənubu, Albaniya, Türkiyə, Yunanıstanın şimalı, Rumıniya, Bolqarıstan, İspaniya, Fransanın cənubu və qərbi, İtaliyanın Po çayı sahillərində görülür. Sentyabrda qışlamaq üçün Afrikaya üz tutur. Aprel, may ayları isə yuvalama ərazilərinə qayıdır.
Səsləri
mənbəni redaktə etSəsləri "krrrk" və ya "ki-ik" kimidir. Səsləri adi çivdimdiklərin səsinə bənzəyir.
Çoxalması
mənbəni redaktə etYuva gölməçənin kənarında və ya üzən yarpaqlarda, qamışlıqlarda Qara bataqlıq susüpürənləri ilə eyni ərazidə yerləşir. Dişilər mayda 3 (nadir halda 2) yumurta qoyur. Yumurtalar yaşımtıl tünd ləkələrə sahib olur. Dişi 18 gün qırt yatır. İyulun sonları balalar tam mütəqilləşir. Bununla belə yemılərini yenədə valideynləri verir. 3 həftəliyində artıq uçmağa başlayırlar
Qidalanması
mənbəni redaktə etƏsasən həşəratlar, xərçəngkimilər və kiçik balıqlarla qidalanır. Tipik bir ov texnikası: suya dövri bir dalış, tez-tez bəzi dalışlar.