AzMeCo

AzMeCo (rəsmi olaraq Azərbaycan Metanol Şirkəti kimi tanınır[1]) Azərbaycanda yerləşən metanol istehsalı şirkətidir.[2] Şirkət ilk olaraq "neft kimya layihələri"nə[3], xüsusilə qaz və metanol fabriklərinin tikintisi və fəaliyyətinə yönəlmişdir[1] AzMeCo həmçinin Xəzər Dənizində hidrokarbon layihələrində də fəaliyyət göstərir.[4][5]

Tarix

AzMeCo şirkəti 2007-ci ildə yaradılıb.[4]

2012-ci ilin noyabrında Azərbaycan Beynəlxalq Bankı, Asia House və TheCityUK Xəzər Dəhlizi konfransını təşkil etmişlər. ABB, Asia House və TheCityUK konfrans zamanı biznes əlaqələri yaratmışlar və AzMeCo-nun gələcək satış və marketinq fəaliyyəti bu əlaqələrə söykənmişdir.[6]

Əlavə olaraq 2012-ci ildə BP AzMeCo-dan metanol almağa razılıq vermişdir.[7] Petrochemicals ResearchViews adlı neft kimya sənayesi araşdırması və Today.Az Azərbaycan qəzetinə əsasən AzMeCo tam metanol məhsulunu BP-yə satmağa razılıq vermişdir.[6][8]

2013

AzMeCo Azer News-un verdiyi məlumata əsasən Cənubi Qafqaz regionu və Mərkəzi Asiyada ilk metanol zavodunu tikmişdir.[9] AzMeCo ildə 560 000 ton metanolun istehsal olunacağını qiymətlənirir.[10] Azərbaycan Beynəlxalq Bankı və Avropa Yenidən Qurma və İnkişaf Bankı (EBRD) zavodun tikintisini maliyyələşdirmişlər.[11]

Gələcək

2013-cü ildə AzMeCo-nun sədri jurnalistlərə bildirmişdir ki, şirkət Liviyada neft-kimya və neftemalı zavodlarına investisiya edəcək.[8]

İstinadlar