Azersun Arena

(Azərsun Arena səhifəsindən istiqamətləndirilmişdir)

Azərsun Arena və ya Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu[2]Azərbaycanın Bakı şəhərində, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən futbol stadionu. Stadion əsasən "Qarabağ"ın daxili oyunları üçün nəzərdə tutulmuşdur.[3] Stadion beynəlxalq standartlara cavab verir. Stadion 2015-ci ildə yenidənqurma işləri nəticəsində yenidən tikilmiş və Azərsun arena adı ilə fəaliyyətini davam etdirmişdir.[4]

Azersun Arena
Stadionun görünüşü
Stadionun görünüşü
Xəritə
Qeyri-rəsmi adı"Qarabağ" Arena"
YeriSuraxanı, Bakı, Azərbaycan
Tikilib2015
Açılış tarixi2015
SahibiQarabağ FK
Tamaşaçı tutumu5.800[1]
Ev sahibi komandaQarabağ FK
Ot örtüyüTəbii
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarix

Stadion SSRİ dövründə tikilmişdir. Stadionda uzun illər Suraxanılı FK SSRİ Azərbaycan Çempionatı çərçivəsində ev oyunlarını keçirmişdir. Stadion Neft Şirkətinin balansında olmaqla, "Neftçi" İdman Sağlımlıq Mərkəzinə məxsusdur.[5] Müstəqillik dövründə müxtəlif illərdə Suraxanılı FK, Qumadası FK, Atəşgah FK, Neftqaz FK və əlbəttə Qarabağ FK stadionda öz ev oyunlarını keçirmişlər[6].

Qarabaq Futbol Klubu 2010-cu ildən etibarən stadionu uzun müddətli icarəyə götürərək, yenidənqurma işlərinə start vermişdir.[7] Yenidənqurma işlərindən sonra stadion beynəlxalq standartlara uyğun tikilmiş və Azərsun Arena adı ilə fəaliyyətini davam etdirmişdir.

Yeni stadionda ilk oyun 26 sentyabr 2015-ci ildə Azərbaycan çempionatının 6-cı turu çərçivəsində "Qarabağ""Neftçi" (1:1) arasında baş tutmuşdur. Stadionda ilk qolu isə 61-ci dəqiqədə "Neftçi"nin oyunçusu Erik Ramos atmışdır.[8] "Qarabağ"ın bu stadionda ilk qələbəsi isə 17 oktyabr 2015-ci ildə "Zirə" (4:1) üzərində olmuşdur.[9]

Stadionun tribunalardan birinin adı "İmarət", birinin "Azərçay", digərinin isə "Final"dır.[10] "Azərsun Arena" stadionun titul və reklam adıdır.

6 dekabr 2015-ci ildə stadionda keçirilmiş "Qarabağ" - "İnter Bakı" oyunu Günəşli yanğınında həlak olanların xatirəsinə 1 dəqiqəlik sükutla başlamışdır.[2]

Həmçinin Bax

İstinadlar

Xarici keçidlər