Azərbaycan SSR əməkdar mühəndisi

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
Azərbaycan SSR əməkdar mühəndisi
Азәрбајҹан ССР әмәкдар мүһәндиси

ÖlkəAzərbaycan Azərbaycan SSR
Tipfəxri ad
Təltif edir
Statusverilmir
Statistika
Təsis tarixi18 may 1959
Ləğv tarixi5 fevral 1991
Ardıcıllıq
MüvafiqdirAzərbaycan Respublikasının əməkdar mühəndisi

Azərbaycan SSR əməkdar mühəndisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мүһәндиси) — Azərbaycan SSR-də xalq təsərrüfatı sahəsində fərqlənən şəxslərə verilən fəxri ad.

Tarixi və əsasnaməsi

mənbəni redaktə et

"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur.[1]

Fəxri adla sənaye, nəqliyyat, rabitə müəssisələrində və xalq təsərrüfatının başqa sahələrində ən azı 15 il işləyən, öz əməli fəaliyyəti ilə fərqlənən və Azərbaycanın xalq təsərrüfatını inkişaf etdirmək işində xüsusi xidmətləri olan yüksək ixtisaslı mühəndislər təltif olunurdu.[2]

Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.[1]

Həmçinin bax

mənbəni redaktə et

Naviqasiya menyusu