Azərbaycan 2009 Avroviziya Mahnı Müsabiqəsində

Azərbaycanı 2009 Avroviziya Mahnı Müsabiqəsində Aysel TeymurzadəArəş birlikdə ifa etdikləri Always (Azərbaycanca:"Həmişə") mahnısı ilə təmsil etdilər.[1]

2009 Avroviziya Mahnı Müsabiqəsi
Milli seçim
ÖlkəAzərbaycan Azərbaycan
Seçim prosesiMilli final
Seçim tarixi15 yanvar (müğənni)

5 fevral (mahnı)

TəmsilçiAysel & Arəş
MahnıAlways
Nəticələr
YF nəticəsi2-ci yer, 180 xal.
Final nəticəsi3-cü yer, 207 xal.

Milli seçim

2009-cu ildə milli seçimdə Azəri Star, Yeni Ulduz və bir neçə başqa televiziya mahnı müsabiqələrinin iştirakçıları olmuş müğənnilər iştirak edirdi. İctimai Televiziya isə 2009-cu il yanvarın 15-i təmsilçini dəqiqləşdirdi. Yanvarın 15-i İctimai Televiziyanın binasnda Azərbaycanı təmsil edən Aysel Teymurzadənin mətbuata tanıtım mərasimi keçirildi, lakin sonra Arəşin müəllifi olduğu mahnı ilə təmsil olunacağımız məlum olduqdan sonra həmin mahnını Arəşlə Ayselin birgə ifa edəcəkləri dəqiqləşdi.[2][3]

Münsiflər heyətinin tərkibi

  1. İsmayıl Ömərov – İTRYŞ-nin baş direktoru (sədr)
  2. Fərhad BədəlbəyliBakı Musiqi Akademiyasının rektoru, professor
  3. İbrahim Quliyev – AMDF-nun icraçı direktoru
  4. Lalə Kazımova – Beynəlxalq Musiqi Şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti
  5. Murad AdıgözəlzadəMüslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, əməkdar artist
  6. Mənzər Nurəliyeva – Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi
  7. Fərhad HacıyevGənclər və İdman Nazirliyinin nümayəndəsi

Çıxış

AyselArəş Green Roomda

Azərbaycan Böyük dördlük və ev sahibi Rusiyadan fərqli olaraq müsabiqədə II yarımfinalda iştirak etdi. Azərbaycanın II yarımfinaldakı çıxış nömrəsi 12-dir. Mayın 14-ü keçirilmiş II yarımfinalda Azərbaycan 180 xal toplayaraq 2-ci oldu. Mayın 16-da keçirilmiş müsabiqənin final mərhələsində isə Azərbaycan 11-ci nömrə altında çıxış etdi. Finalda Azərbaycan 207 xal toplayaraq 3-cü oldu.

Azərbaycana yarımfinalda verilən xallar

Azərbaycana verilən xallar (Yarımfinal)
12 xal10 xal8 xal7 xal6 xal
5 xal4 xal3 xal2 xal1 xal

Azərbaycanın yarımfinalda verdiyi xallar

ÖlkəXal
Norveç12
Ukrayna10
Macarıstan8
Moldova7
Litva6
Albaniya5
Yunanıstan4
Estoniya3
Danimarka2
Polşa1

Azərbaycana finalda verilən xallar

Azərbaycana verilən xallar (Final)
12 xal10 xal8 xal7 xal6 xal
5 xal4 xal3 xal2 xal1 xal

Azərbaycanın finalda verdiyi xallar

ÖlkəXal
Türkiyə12
Ukrayna10
Norveç8
Moldova7
Rusiya6
Xorvatiya5
Estoniya4
Rumıniya3
Bosniya və Herseqovina2
Litva1

İstinadlar

Mənbə

Xarici keçidlər

Həmçinin bax