Azərbaycan İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan İslam Həmrəyliyi Oyunlarında. Azərbaycan birinci dəfə 2005-cu ildə Məkkəda İslam Həmrəyliyi Oyunlarına qatılb. I İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. 2013-cü ildə isə İndoneziyanın Palembanq şəhərində baş tutan II İslam Həmrəyliyi Oyunlarında 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazandı. Azərbaycan İslam Həmrəyliyi Oyunlarında ən yaxşı nəticə 2013-cü ilə təsadüf etdi. Azərbaycan həmin il medal sıralanmasında 8-ci yeri tutdu.

Azərbaycan
İslam Həmrəyliyi Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
İslam Həmrəyliyi Oyunları
2005, 2009, 2013, 2017

Tarixi

Məkkə—2005

Əsas məqalə: Azərbaycan 2005 İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan

Təhran—2009

Azərbaycan

Palembanq—2013

Əsas məqalə:Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan növbəti dəfə İslam Həmrəyliyi Oyunlarına 2013-cü ildə qatıldı. Azərbaycan 8 il əvvəl Məkkədə baş tutan oyunlarla müqayisədə bu səfər daha az idmançı ilə qatıldı, 53 idmançı 8 idman növündə. Azərbaycan Palembanqdan vətənə 24 medalla döndü. Ağır atletika idman növündə mübarizə aparan 9 idmançıdan 5-i medal qazandı. Əfqan Bayramov, İntiqam Zairov və Silviya Anqelova gümüş, Zülfüqar Süleymanov və Namiq Cəmilov isə Palembanqdan Azərbaycana bürünc medalla qayıtdı. Ağır atletlərlə yanaş karateçilərdə uğurla çıxış etdi. 75 kq. mübarizə aparan Rəfael Ağayev və 84 kq. çıxış edən Ayxan Mamayev qızıl medal qazandı. 67 kq. və +84 kq. isə müvafiq olaraq Niyazi Əliyev və Şahin Atamov yalnızca finalda məğlub olaraq gümüş medal qazandı. Şəxsi yarışlarla yanaşı komanda yarışlarında da Azərbaycan medal qazandı. Asiman Qurbanlı, Ayxan Mamayev, Niyazi Əliyev, Şahin Atamov, Rafiz Həsənov və Rəfael Ağayevdən ibarət yığma finalda İran İslam Respublikasının nümayəndələrini məğlub etdi və III İslam Həmrəyliyi Oyunlarında tarixi nailiyyətə imza atdı. Kamandan oxatma idman növündə Roman Vengerov, Aleksey Kopnin və Zaur Qəhrəmanovdan ibarət yığmada medal qazandı, gümüş medal. Taekvondo idman növündə mübarizə aparan 8 idmançıdan 4-ü medal qazandı. Mikayıl Əliyev (54 kq.), Türkanə Tahirli (46 kq.), Patimat Abakarova (49 kq.) bürünc medal və Günay Ağakişiyeva (57 kq.) gümüş medal qazandı.

Bakı—2017

Əsas məqalə:Azərbaycan 2017 İslam Həmrəyliyi Oyunlarında

Azərbaycan 2017-ci ildə tarixində 2-ci dəfə İslam Həmrəyliyi Oyunlarına qatılacaq. IV İslam Həmrəyliyi Oyunları elə Azərbaycan paytaxtında, Bakı şəhərində baş tutacaq.

Medal cədvəli

İlİdmançı CəmiYerBayraqdar
2005 Məkkə103447158İlkin Şahbazov
2009 Təhranbaş tutmadı
2013 Palembanq53699248İntiqam Zairov
2017 Bakı
Cəmi10131639

İdman növləri

Sıraİdman növü Cəmi
1 Karate4419
2 Ağır atletika25613
3 Yüngül atletika2024
4 Üzgüçülük1113
5 Basketbol1001
6 Kamandan oxatma0101
7 Taekvondo0145
8 Uşu0112
9 Qılıncoynatma0011
Cəmi10131639

Medalçıların siyahısı

SıraMedalMedalçıİdman növüYarış növüİl
1 Rəfael Ağayev Karate 2005 Məkkə
2 Yusif Cəfərov Karate 2005 Məkkə
3 Rəşad Hüseynov Karate 2005 Məkkə
4 Ceyhun Ağasıyev Karate 2005 Məkkə
5 Babək İsgəndərov Taekvondo 2005 Məkkə
6 Qılıncoynatma 2005 Məkkə
7 Natiq Həsənov Ağır atletika 2005 Məkkə
8 Natiq Həsənov Ağır atletika 2005 Məkkə
9 Natiq Həsənov Ağır atletika 2005 Məkkə
10 Əlibəy Səmədov Ağır atletika 2005 Məkkə
11 Əlibəy Səmədov Ağır atletika 2005 Məkkə
12 Nizami Paşayev Ağır atletika 2005 Məkkə
13 Nizami Paşayev Ağır atletika 2005 Məkkə
14 Nizami Paşayev Ağır atletika 2005 Məkkə
15
  • Aleksandr Rindin
  • Aleksey Kitayev
  • Anar Hacıyev
  • Anar Sarıyev
  • Emil Mirzəyev
  • Fərid Əmirov
  • Fuad Niftəliyev
  • Namiq Ağayev
  • Tahir Baxşıyev
  • Zaur Paşayev
Basketbol 2005 Məkkə

2 və daha artıq medal qazanan idmançılar

Sıraİdmançıİdman növü Cəmi
1Rəfael Ağayev Karate2013
2Ayxan Mamayev Karate2002
3Natiq Həsənov Ağır atletika1203
4Nizami Paşayev Ağır atletika1023
5Niyazi Əliyev Karate1102
Şahin Atamov Karate1102
7Yevgeni Lazuka Üzgüçülük0112
8Əlibəy Səmədov Ağır atletika0022

Həmçinin bax

Xarici keçidlər

İstinadlar