Azərbaycan-Fransız Universiteti

Azərbaycan-Fransız Universiteti və ya qısaca UFAZAzərbaycan Prezidenti İlham ƏliyevinFransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Strasburq Universitetinin (Unistra) rəhbərliyi altında həyata keçirilən birgə layihədir.

Azərbaycan-Fransız Universiteti
UFAZ
Loqonun şəkli
Xəritə
40°22′35″ şm. e. 49°51′05″ ş. u.
Əsası qoyulub2016
TipBirgə proqram
DirektorVazeh Əsgərov
Tələbə sayı538
Müəllim sayı70
ŞəhərBakı
Ölkə
ÜnvanNizami küçəsi, 183
Saytufaz.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradılması

12 may 2014-cü ildə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri zamanı Fransa və Azərbaycan təhsil nazirləri arasında iki ölkə arasında elmi əlaqələrin gücləndirilməsi məqsədilə universitetlər arasında əməkdaşlığa dair niyyət memorandum imzalanmışdır.

İki ölkənin təhsil nazirlikləri arasında növbəti razılaşma 25 aprel 2015-ci ildə president Fransua Ollandın Azərbaycana növbəti səfəri zamanı imzalanmışdır.[1] Həmin il mayın 15-də əməkdaşlığa dair təklif Azərbaycan Prezidenti İlham Əliyevin 1242 saylı fərmanı ilə qəbul edilmiş, 9 iyun 2016-cı ildə isə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılmasına sərəncam verilmişdir.[2]

15 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun və Fransanın Azərbaycandakı Səfiri Aurelia Buşenin iştirakı ilə UFAZ-ın açılışı baş tutmuşdur. İlk tədrisi ili ADNSU-nun Azadlıq prospektində yerləşən əsas binasında baş tutmuşdur.

15 sentyabr 2017-ci ildə UFAZ-ın Nizami küçəsi, 183-də yerləşən yeni tədris binasının açılış mərasimi baş tutmuşdur. Bina 20-ci əsrin əvvəllərində inşa edilmiş və Təhsil Nazirliyinin qərarına əsasən restavrasiya edilmişdir.[3]

Tədris

UFAZ-ın Nizam küçəsindəki binası

Yalnız Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş və iyul ayının sonlarında keçirilən UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.[4]

UFAZ-da tədris Strasburq Universitetinin və Renn-1 Universitetinin (Neft-qaz mühəndisliyi) tədris proqramı üzrə ingilis dilində aparılır.

Fransada bakalavr təhsili 3 il, Azərbaycanda isə 4 il davam etdiyinə görə UFAZ-da tədrisin ilk ili hazırlıq ili hesab olunur.[5] Universitetdə təhsil yüksək ixtisaslı fransız və azərbaycanlı müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfinən aparılır.[6] UFAZ məzunları ADNSU-nun və tərəfdaş fransız universitetlərinin diplomlarını əldə edir.[7]

Hal-hazırda UFAZ-da 4 ixtisas tədris edilir: kimya mühəndisliyi,[8] geofizika mühəndisliyi,[9] kompüter elmləri[10]neft-qaz mühəndisliyi.[11]

UFAZ tələbələrinin 80%-dən çoxu Azərbaycan hökumətinin maliyyə dəstəyi sayəsində ödənişsiz əsaslarla təhsil alır.

UFAZ 2020/2021 tədris ilində 3 istiqamət üzrə magistratura mərhələsi üzrə ixtisaslar təklif edəcək: Kimya mühəndisliyi / Fiziki kimya, Yer elmləri və Tətbiqi Kompüter Elmləri (Böyük verilənlərsüni intellekt).[12]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

  • ufaz.az — Azərbaycan-Fransız Universitetinin rəsmi saytı
  • Rəsmi "Facebook" səhifəsi