Azərbaycanın vergi jurnalı

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
"Azərbaycanın vergi jurnalı"
əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri"
Baş redaktorElşən Hacızadə
NövElmi-metodiki jurnal
FormatA4
Tiraj3000
TəsisçiAzərbaycan Respublikasının Vergilər Nazirliyi
Təsis tarixi1 iyul 2003
ŞirkətAzərbaycan Respublikasının Vergilər Nazirliyi
QərargahAzərbaycan Azərbaycan, Bakı şəhəri, Landau küçəsi 16, AZ1073.
Dilazərbaycanca
Səhifə212


"Azərbaycanın vergi jurnalı" (əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri") — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşri.

Təsis və qeydiyyat

mənbəni redaktə et

İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olmuşdur. Jurnal həmin adla 1 iyul 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş və 510 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır.

Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi‎) mərkəzində 2305-462X nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir[1].

2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir[2].

Jurnal müstəqil, resenziyalı elmi nəşrdir.

Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.

Jurnalda Azərbaycan, türk, ingilisrus dillərində məqalələr dərc edilir.

Baş redaktoru iqtisad elmləri doktoru, professor Elşən Hacızadədir. Redaksiya heyəti 20 nəfərdən ibarətdir.

2011-ci ilin may ayında "Azərbaycanın vergi xəbərləri" jurnalının veb-saytının təqdimat mərasimi keçirilmişdir[3]. Bu elmi dövri nəşr internetdə www.vergijurnali.az[4]www.taxesnews.az[5] ünvanlarında yerləşir. Həmin veb-sayt dörd dildə – Azərbaycan, türk, ingilisrus dillərində fəaliyyət göstərir.

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu