Azər Cırttan

Azər Cırttan (azərb. Azər Məmmədov‎; 15 dekabr 1979, Bakı) — müasir Azərbaycanlı musiqiçi, rəssam, şair.

Azər Cırttan
azərb. Azər Məmmədov
Ümumi məlumatlar
Doğum tarixi (44 yaş)
Doğum yeriBakı, Azərbaycan SSR
VətəndaşlığıAzərbaycan Azərbaycan
Milliyyətiazərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyətimusiqiçi
Fəaliyyət illəri1997 - günümüz
JanrlarJazzFolk
Musiqi alətiGitara
Səs tembriLirik tenor
ƏlaqələriMiri Yusif, Teymur Nadir

Həyatı

Azər Məmmədov 1979-cu ilin 15 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsili Bakı şəhərində almışdır. 1996-cı ildə Azərbaycan Respublikasının dövlət təqaüdünə haqq qazanaraq təhsilini Türkiyədə davam etmişdir. Anadolu Üniversiteti, İqtisat Elmləri fakültəsindən 2002-ci ildə məzun olmuşdur. 2004-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2005-ci ildən Türkiyə, RusiyaUkraynada müxtəlif şirkətlərdə çalışmışdır. Evlidir. 2 qız atasıdır.

Fəaliyyəti

Musiqi fəaliyyətinə 1997-ci ildə başlamışdır. 2010-cu il Sankt Peterburq şəhərində keçirilən North Jazz Festivalının əsas iştirakçılarındandır. TürkiyəRusiyada müxtəlif musiqi qrupları ilə əməkdaşlıqdan sonra 2011-ci ildən etibarən musiqi fəaliyyətini tək davam etməkdədir.

Azər Cırttan, Azərbaycan, Rus, Türkİngilis dillərində 80-dən çox mahnının müəllifidir. Müxtəlif müasir musiqiçilərlə əməkdaşlıq etmişdir. Onlar arasında Teymur Nadir, Rüstəm Məmmədov, Miri Yusif, Kamil Hajiyev (No- Land Türkiyə), SoyuzApollo vardır. Bir çox Avropa ölkəsində, Türkiyədə, Rusiyada konsertlər vermişdir. 2011-ci ildən etibarən Hollandiyada yaşamaqdadır.

Musiqilər

  • Ana
  • Yağmur
  • Murakami, Pasternak və hamıya oxşamaq istəyən adam
  • Yat quzu balam
  • Balama
  • Oyunlar
  • Niyə uzundur bu yollar
  • Ayın üstündə ayaq izlərimiz
  • Həyata arxaya dönüb baxmıram
  • Qabonlunun hekayəsi
  • Ləpirçi
  • Uzağın bir adı var
  • Divar
  • Analoqu Olmayan

Xarici keçidlər