Azər Abdullazadə

Vətən Müharibəsi Qəhrəmanı

Azər Rizvan oğlu Abdullazadə (18 fevral 2001, Cəmilli, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, tankçı, Vətən müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı.

Azər Abdullazadə
Azər Rizvan oğlu Abdullazadə
Şəxsi məlumatlar
Doğum tarixi18 fevral 2001(2001-02-18) (23 yaş)
Doğum yeri
Vətəndaşlığı
AtasıRizvan Abdullazadə
AnasıŞəlalə Orucova
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2019-cu ildən
RütbəsiƏsgər
VəzifəsiTankçı
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Vətən Müharibəsi Qəhrəmanı" medalı "Cəbrayılın azad olunmasına görə" medalı

Həyatı

Azər Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

Hərbi xidməti

Azər Abdullazadə 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmət müddətinin bitməsinə bir neçə gün qalmış Vətən Müharibəsi başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Azər Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə qazi olaraq sağ gözünü itirib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadəyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.

Təltifləri

İstinadlar