Ayutiya krallığı
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir.
Tarixi krallıq | |||||
Ayutiya krallığı | |||||
---|---|---|---|---|---|
อาณาจักรอยุธยา | |||||
| |||||
Rəsmi dilləri | Supxanburi dialekti | ||||
Dövlət dini | |||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Kral | |||||
• 1314—1369 | I Ramatxibodi (Uthonq) | ||||
• 1590—1605 | II Sampxet (Naresuan) | ||||
• 1656—1688 | III Ramatxibodi (Naray) | ||||
• 1758—1767 | III Boromaraça (Ekathat) | ||||
Tarixi | |||||
• 1351 | I Ramatxibodinin Ayutiyada taxta çıxması | ||||
• 1438 | Sukxotay krallığı ilə şəxsi birlik | ||||
• 1564, 1569 | Taunqu vassalı | ||||
• 1583, 1584 | Sukxotay krallığı ilə birləşmək və vassallıqdan azad olma | ||||
• 1629 | Sukxotay sülaləsinin sonu azad olma | ||||
• 1767 | Ayutiya şəhərinin düşməsi | ||||
Davamiyyət | |||||
→ | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir.
1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi.[1] Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi.
Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir. Niderland Ost-Hind Şirkəti tərəfindən sifariş edilən bir rəsm əsərində Ayutiya krallığı Ayudeya olaraq qələmə vermişdir.[2]
Tarix
Mənşə
Tarixşünasların əksəriyyəti Çaopxraya çayının vadisindəki Ayutiya şəhərində qurulan bu tay dövlətinin daha əvvəllər Lavo krallığının (o zamanlar hələ də Khmer İmperiyasının suverenliyində) və Suvarnabxuminin yaxınlıqlarında yarandığına inanır. Mənbələrdən biri XIV əsrin ortalarında böyük bir epidemiyadan qorxan kral I Ramatxibodinin (1314–1369) sarayını cənuba Çaopxraya çayının vadisindəki çaylarla örtülü bir adaya köçürdüyünü deyir.[3] Şəhərin adı hinduizmin regiondakı təsirinin rəmzidir. Şəhərin adı milli tay eposu və Ramayananın tay versiyası olan Ramakien ilə əlaqələndirilir.
Səfərlər
Ayutiya hegemonluğuna Sukxotay,[5]:222 Kampxaenq Pxet və Pxitsanulok kimi şimal krallıqlarını və şəhər dövlətlərini fəth edərək başlamışdır. XV əsrin axırlarında Ayutiya regionun böyük gücü olan Anqkor krallığına səfərlər etmişdir. İllər keçdikcə Anqkor krallığının Çaopxraya çayı vadisindəki təsiri azalırdı və Ayutiya regionun yeni gücünə çevrilirdi.
Ayutiya və Lannatay arasındakı münasibətlər Ayutiyanın 1451-ci ildə gerçəkləşən Txau Çoy üsyanını dəstəkləməsindən sonra xeyli pisləşmişdi. Sukxotay krallığının zadəganlarından olan Yuttittxiranın Ayutiya kralı Borommatraylokkanat (1431–1488) ilə münaqişələri var idi. O, Borommatraylokkanatın sarayına getmiş və onu Pxitsanuloka hücum etməyə çağırmışdır. Beləliklə Yuxarı Çaopxraya vadisi uğrunda Ayutthaya–Lannatay müharibəsi başlamışdır. 1460-cı ildə qubernator Çalianq Lannatay kralı Tilokarata təslim olmuşdur. Bunu görən Borommatrailokkanat müharibəyə daha çox diqqət ayırmaq üçün paytaxt və ordusunu Pxitsanuloka köçürmüşdür. Tilokarat 1475-ci ildə Borommatraylokkanat ilə sülh imzalamışdır.
Buna baxmayaraq, Ayutiya krallığı mərkəzləşmiş bir dövlət deyildi. Ayutiya özünüidarə edən knyazlıqlardan və xərac verən vilayətlərdən ibarət idi. Bu knyazlıqlar və vilayətlər Ayutiya kralına sədaqət andı içirlər. Bir çox tarixçilər bunu mandala sistemi adlandırırlar.[6] Bu knyazlıqlar ya Ayutiya krallıq sülaləsinin üzvləri ya da müstəqil orduya sahib yerli hökmdarlar tərəfindən idarə olunurdu. Bu sistem yerli knyazların tez-tez üsyan çıxarmasına səbəb olunurdu.
Krallıqda vərəsəlik qanununun zəif olması və güclü bir meritokratiya anlayışının olmaması mübahisəli varislik vəziyyəti olan zaman knyazların və taxt-taca iddiası olan digər hakim simaların ordularını yığıb paytaxta hücum etməsi və qanlı çevrilişlərin baş verməsi ilə nəticələnirdi.[7]
XV əsrin əvvəllərində Ayutiya Malay yarımadası ilə maraqlanırdı, ancaq Malakka sultanlığının əhəmiyyətli ticarət limanları dövlətin müstəqilliyini qoruyurdu. Ayutiya Min Çininin siyasi və iqtisadi dəstəyi ilə Malakkaya qarşı bir neçə uğursuz səfər həyata keçirmişdir. XV əsrin əvvəllərində Min dənizçisi Çjen Xe (1371–1435) liman şəhərində bir baza qurmuşdur. Bu isə Çinin Malakkanı taylara uduzmaq istəmədiyini bildirirdi. Çinin müdafiəsi ilə şəhər çiçəklənmə dövrünü yaşamış və Ayutiyanın ən böyük rəqiblərindən birinə çevrilmişdir. 1511-ci ildə portuqaliyalılar Malakka şəhərini işğal etmişdir.[8]
Süqut
Qanlı bir vərəsəlik mübarizəsindən sonra Ayutiya qısa bir qızıl dövrünə girmişdir. Bu dövr XVIII əsrin ikinci yarısında baş vermiş, incəsənətin, ədəbiyyatın və təhsilin inkişafı ilə nəticələnmişdir.[9]
Krallığın son əlli ili knyazlar arasında baş verən münaqişələrlə keçmişdir. Knyazların əsas hədəfi taxt-tacı ələ keçirmək idi. Saray əyanları və sərkərdələr sui-qəsdə uğrayırdı. Krallığın son monarxı V Boromaraça taxta kral olan balaca qardaşını məğlub edərək çıxmışdır.[10]:203
Fransız mənbələrinə görə Ayutiya üç knyaz şəhərindən ibarət idi. Onlar Pxuket, Sonqkxla və Nakxonsithammarat idi.[11]
1765-ci ildə 40 min əsgərlik bir Birma ordusu Ayutiyaya şimal və qərbdən hücum etdi.[12]:250 Sərhəd ərazilərdə yerləşən kənd və qəsəbələr tez işğal olundu. 14 aylıq bir mühasirədən sonra Ayutiya şəhəri düşmüş və 1767-ci ilin aprel ayında talan edilib yandırılmışdır. Beləliklə Ayutiya krallığı süquta uğramışdır.[10]:218
İstinadlar
Ədəbiyyat
- Hayam, Çarls. The Archaeology of Mainland Southeast Asia. Kembric, İngiltərə: Cambridge University Press. 1989. ISBN 0-521-27525-3. İstifadə tarixi: 13 noyabr 2018.
- Marçinkovski, M. İsmayıl. From Isfahan to Ayutthaya: Contacts between Iran and Siam in the 17th Century. Singapore: Pustaka Nasional. 2005. ISBN 9971-77-491-7. İstifadə tarixi: 13 noyabr 2018.
- Syamananda, Ronq. A History of Thailand. Chulalongkorn University. 1990. ISBN 974-07-6413-4.
- Vud, U.A.R. A History of Siam. London: Fisher Unwin Ltd. 1924.
- Uyatt, Deyvid K. Thailand: A Short History. Nyu-Heyven, Konnektikut: Yale University Press. 2003. ISBN 0-300-08475-7.
Xarici keçidlər
- Onlayn kolleksiya — Southeast Asia Visions Collection — Kornell Universiteti Kitabxanası.
- Ayutiya krallığı barədə tarixi araşdırma.