Aytodor

Aytodor (ukr. Ай-Тодор, tatar. Ay Todor, rus. Ай-Тодор, q.yun. Άγιος Τόντορ) — Ukraynada, Krımın cənubunda, Yaltanın 8,5 km cənub-qərbində burun. Qərbdən Yalta körfəzini bağlayır. Aytodor adı yunanca "Müqəddəs Feodor" deməkdir.

Aytodor
Ümumi məlumatlar
Sahəsi
  • 8 ha
Yerləşməsi
44°25′43″ şm. e. 34°07′34″ ş. u.
Ölkə Ukrayna
Aytodor xəritədə
Aytodor
Aytodor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbiəti

İllik orta yağıntının miqdarı 400 mm-dən az olan Aytodor burunu, Sarıç burunu ilə birlikdə Krımın cənub sahilindəki ən quraq yerlərdən biridir.[1] Aytodorda şirin su yoxdur. Bura Aypetridəki mənbələrdən su təchizatı ilə təmin edilir. Krımın ən qədim ağaclarından biri, 1,000 ildən çox yaşı olan Yustinian püstəsi buradadır.[2]

İstinadlar

Əlavə ədəbiyyat

  • Aytodor // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
  • Дьяков В. Н. Древности Ай-Тодора. Ялта: Сборник трудов Алупкинского историко-бытового музея., вып. 1. 1930.

Xarici keçidlər