Ayris (film, 2001)

(Ayris (film) səhifəsindən istiqamətləndirilmişdir)

"Ayris" (en İris) — İngilis yazıçısı Ayris Mördokun və həyatı yoldaşı Con Beyli ilə yaşadığı illər haqqında bəhs edən drama janrında çəkilmiş film. Film 2001-ci ildə rejissor Riçard Ayr tərəfindən çəkilib.

Ayris
İris
JanrDram
RejissorRiçard Ayr
Prodüserlər

Robert Foks

Skot Rudin
Ssenari müəllifləri

Riçard Ayr

Çarlz Vud
Baş rollarda

Keyt Uinslet
Cudi Denç

Cim Brodbent
OperatorRocer Pratt
BəstəkarCeyms Horner
İstehsalçılarMiramax Films, Fox Iris Productions,BBC Films, Intermedia, Mirage Enterprises
İlk baxış tarixi

14 December 2001 (Premyera)18 January 2002 (Böyük Britaniya)

29 March 2002 (ABŞ)
Müddət91 dəq.
Büdcə5,5 mln.$
Gəlir16.1 mln.$
ÖlkələrBöyük Britaniya Birləşmiş Krallıq
ABŞ ABŞ
Dilİngilis dili
İl2001
Rəngrəngli
IMDbID0280778
MükafatlarıƏn yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı

Süjet

Film yazıçı və filosof Ayris Mördokun son illərindən bəhs edir. Yazıçı həyatının sonunda Alsheymer xəstəliyindən əziyyət çəkirdi. Filmin süjet xətti, gənc Ayrisin gələcək əri Con Beyli ilə tanışlığı haqqında bəhs edən fleşbəklərlə kəsilir. Onların arasında dərin məhəbbət hissi yaranır. Cütlük ömrünün sonunadək birlikdə yaşayır.

Rollarda

AktyorRol
Cudi DençAyris Mördok
Keyt UinsletAyris Mördok (cavanlığı)
Cim BrodbentCon Beyli
Hyu BonnevilCon Beyli (cavanlığı)
Penelopa UiltonCanet Stoun
Culiyet ObriCanet Stoun (cavanlığı)
Kris MarşalQacen (Həkim)
Semyuel VestMoris (cavanlığı)

Mükafat və mükafata namizədlər

Burada əsas və mühüm mükafatlar sadalanır. tam siyahı [1] ünvanında yerləşdirilib.

Mükafatlar

  • 2001 — "Ən yaxşı gənc istedad" Berlin Kinofestivalı (Hyu Bonnevil)
  • 2001 — ABŞ Kino tənqidçilərinin Milli Şurasının 2 mükafatı: "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), Kino sənətində xüsusi ustalığa görə
  • 2002 — Oskar, 2002 "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent)
  • 2002 — BAFTA, 2002 "Ən yaxşı qadın rolu" (Cudi Denç)
  • 2002 — Qızıl Qlobus "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent)
  • 2002 — Avropa Kino Akadeiyasının Mükafatı "Ən yaxşı qadın rolu" (Keyt Uinslet)


Mükafata namizədlik

  • 2001 — Əsas müsabiqədə iştirak Berlin Kinofestivalı (Riçard Ayr)
  • 2002 — Oskar 2002 — "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet)
  • 2002 — BAFTA 2002 — mükafata 5 namizəd "Ən yaxşı Britaniya filmi" (Robert Foks, Skott Rudin, Riçard Ayr), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Hyu Bonnevil), "İkinci dərəcəli ən yaxşı qadın rolu" (Keyt Uinslet), "Ən yaxşı uyğunlaşdırılmış ssenari" (Riçard Ayr, Çarlz Vud)
  • 2002 — Qızıl Qlobus mükafatına 2 namizəd: "Dram janrında ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı qadın rolu — Kinofilm" (Keyt Uinslet)
  • 2002 — Avropa Kino Akadeiyasının Mükafatına 3 namizəd: "Ən yaxşı kişi rolu" (Cim Brodbent və Hyu Bonnevil), "Ən yaxşı qadın rolu" (Cudi Denç)
  • 2002 — ABŞ kinoaktyorları Gildiyasının mükafatına 2 namizəd: "Ən yaxşı qadın rolu" (Cudi Denç), "İkinci dərəcəli ən yaxşı kişi rolu" (Cim Brodbent)

Maraqlı faktlar

Ayris Mördokun rolunun ifasına görə Cudi Denç və Keyt Uinslet Oskar mükafatına namizəd olmuşdular. İki aktyor bir filmdə müxtəlif yaşlarda eyni insanı canlandırdıqlarına görə tarixdə ikinci dəfə Oskar mükafatına namizəd olurdular. İlk presedent Keyt Uinslet və Qloriya Stüartın "Titanik" filmindəki Rouz obrazına görə namizədlərin irəli sürülməsi idi.

Xarici keçidlər