Avstriya U-21 milli futbol komandası

Avstriya U-21 milli futbol komandası — Avstriyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasıdır və Avstriya Futbol Assosiasiyası tərəfindən idarə olunur.

Avstriya U-21 milli futbol komandası
Shirt badge/Association crest
AssosiasiyaAvstriya Futbol Assosiasiyası
KonfederasiyaUEFA
Baş məşqçiAvstriya Verner Qreqoritsç
KapitanKevin Danso
Ən çox oyun keçirənMarkus Berger (36)
Ən çox qol vuranMaykl Qriqoriç (20)
FİFA koduAUS
Ev forması
Səfər forması
İlk beynəlxalq oyunu
 Çexiya 1–2  Avstriya
Ən böyükhesablı qələbəsi
 Avstriya 10–0  Lixtenşteyn
 Avstriya 10–0  Səudiyyə Ərəbistanı
Ən böyükhesablı məğlubiyyəti
 Çexiya 6–0  Avstriya
 İsrail 6–0  Avstriya

Onlar heç vaxt gənclər arasında Avropa çempionatının finalına çıxmayıb, lakin onun əksər oyunçuları sonradan 2008-ci il Avropa çempionatının iştirakçısı olub və hazırda milli komandanın əsasını təşkil edirlər.

Komandanın baş məşqçisi Verner Qreqoriç, köməkçiləri Ditmar Peqam və Raymund Hedldir.

Tarix

Əvvəllər avstriyalılar yalnız həvəskar oyunlar və klubların gənclər komandasının inkişafı üçün 21 yaşlı gənclərdən ibarət komanda toplayırdılar. Rəsmi olaraq 1980-ci ildən başlayaraq, 21 yaşlı gənclərdən ibarət futbol komanda təşkil edilməyə başlayır.

Avropa çempionatı 2006

Gənclər arasında 2006-cı il Avropa çempionatının ilk rəsmi seçmə turniri 2004-cü ildə başlayıb. 2006-cı il Avropa çempionatına yollanmaq uğrunda mübarizədə avstriyalılar Almaniya, İngiltərə, Polşa, Uels və Azərbaycan komandaları ilə çıxış ediblər. Avstriyalılar oyunların yarısını uduzurlar, qalan ikisində Azərbaycan və Polşa ilə görüşlərdə xal itirərək bərabərə qalırlar. Avstriyalılar bu seçmə mərhələdə yalnız səfərdə ingilislər üzərində 2:1 hesablı gözlənilməz qələbə ilə yadda qalır.

Avropa çempionatı 2007

Bir il sonra Avro-2007-yə vəsiqə uğrunda mübarizədə avstriyalılar İtaliya və İslandiya ilə bir qrupa düşurlər. İslandiya ilə qolsuz heç-heçədən sonra avstriyalılar daha sonra italyanlara 0:1 hesabı ilə uduzurlar və yalnız əlavə göstəricilərə görə qrupda ikinci yeri tuturlar.

Avropa çempionatı 2009

Avro-2009-un seçmə oyunları, Avstriya U-21 milli komandasının o vaxta qədər görsərdiyi ən uğurlusu olur — avstriyalılar 8 görüşdən 6-da qalib gəlib, yalnız ikisində heç-heçə edir. Onlar qrupda yalnız Slovakiya və İslandiya ilə heç-heçə edirlər. Qrupda tutuqları birinci yer onlara növbəti pley-off mərhələsinə yüksəlməyə imkan verir. Həmin an Avstriya yığmasına 1990-cı il dünya çempionatının iştirakçısı Manfred Zak başçılıq edirdi.

Pley-offda isə avstriyalıların qarşısını finlər kəsir. Ev oyununda Kristof Saurer və Florian Kleinin vurduğu qollar ilə avstriyalılar 2:1 hesabı ilə qalib gəlir. Cavab matçında 90 dəqiqəlik oyundan sonra finlər eyni hesabla önə keçirlər. Avstriyalılardan Marko Stankoviç qol vurur. Oyunun əlavə vaxtında qalib müəyyənləşmir və penaltilər seriyasında finlər qələbə və final hissəsinə vəsiqə qazana bilirlər.

Avro 2011 və London Olimpiadası

Avro 2011 və London Olimpiadasına vəsiqə də uğursuz olur. Avstriyalılar qrupda Belarus, Şotlandiya millilərindən sonra üçuncu yeri tutur.

Avropa çempionatı 2013

Bu seçmə mərhələdə avstriyalılar qrupda Niderland, Şotlandiya və Bolqarıstandan sonra 4-cü yeri tutur.

Avropa çempionatı 2015

Gənlər arasında 2015-ci il Avropa çempionatının seçmə mərhələsində Avstriya millisi İspaniya, Bosniya, Macarıstan və Albaniya komandalarına rəqib olur. Avstriyalılar qrupda İspaniyadan sonra ikinci yeri tutur və çempionatın final mərhələsinə vəsiqə qazana bilmir.

Avropa çempionatı 2017

2017-ci il çempionatına seçmə mərhələdə Avstriyalılar qrupda Almaniyadan sonra ikinci yeri tutur. Komanda pley-off oyununda İspaniya ilə qarşılaşır. İlk oyun Avstriyada baş tutur və 1–1 hesabı ilə bitir. İspaniyada baş tutmuş cavab oyununda isə qapılara qol vurulmur. Səfərdə vurulan qola görə İspaniya millisi çempionatın final mərhələsinə vəsiqə qazanır.

Avropa çempionatı 2019

Seçmə mərhələ oyunlarında avstriyalılar ikinci yeri tutur. Pley-off oyununda Yunanıstana hər iki göruşdə 1–0 hesabıyla qalib gəlir. Final mərhələsində avstriyalılar Almaniya, Danimarka və Serbiyayla birlikdə B qrupunda mübarizə aparır. İlk göruşdə Serbiya millisinə 2–0 hesabıyla qalib gəlirlər.[1] Ancaq digər göruşlərdə Danimarkaya uduzan komanda Almaniya ilə heç-heçə edir və 4 xal toplayır. Topldıqları 4 xal onları qrupda üçuncu edir və komanda turnir ilə vidalaşır.

Heyəti

Sonuncu dəfə 1 aprel 2023 tarixində yeniləndi[2]
Nöm.Möv.OyunçuDoğum tarixi (yaşı)OyunQolKlub
11GKNikolas Polster7 iyul 2002 (2002-07-07) (22 yaş)50 Vorvərts Steyr
121GKElias Scherf11 may 2003 (2003-05-11) (21 yaş)50 Amstetten
231GKLuka Mariç19 iyul 2002 (2002-07-19) (21 yaş)00 Sturm Qrats
22DFSamson Baidoo31 mart 2004 (2004-03-31) (20 yaş)40 Zalsburq
32DFPaul Koller22 fevral 2002 (2002-02-22) (22 yaş)10 Qrazer
42DFPaskal Estrada12 mart 2002 (2002-03-12) (22 yaş)52 Olimpiya Lyubyana
52DFDavid Riegler17 dekabr 2002 (2002-12-17) (21 yaş)20 St. Pölten
142DFLeopold Querfeld20 dekabr 2003 (2003-12-20) (20 yaş)60 Rapid
172DFPaskal Fallmann7 noyabr 2003 (2003-11-07) (20 yaş)50 Rapid
63MFErvin Omic20 yanvar 2003 (2003-01-20) (21 yaş)60 Volfsberger
83MFMattias Braunöder27 mart 2002 (2002-03-27) (22 yaş)101 Austria Vyana
133MFMoritz Osvald5 yanvar 2002 (2002-01-05) (22 yaş)60 Rapid
153MFNikolas Veratschnig24 yanvar 2003 (2003-01-24) (21 yaş)60 Volfsberger
163MFTristan Osmani30 mart 2005 (2005-03-30) (19 yaş)10 Şalke 04
183MFBenjamin Kanuriç26 fevral 2003 (2003-02-26) (21 yaş)51 Arminia Bielefeld
193MFDijon Kameri20 aprel 2004 (2004-04-20) (20 yaş)20 Zalsburq
203MFDario Kreiker7 yanvar 2003 (2003-01-07) (21 yaş)20 Austria Vyana
223MFQabriel Zirngast20 yanvar 2002 (2002-01-20) (22 yaş)20 LASK
74FWManuel Polster23 dekabr 2002 (2002-12-23) (21 yaş)41 Austria Vyana
94FWBernhard Zimmermann15 fevral 2002 (2002-02-15) (22 yaş)91 Rapid
104FWNoah Biskof7 dekabr 2002 (2002-12-07) (21 yaş)40 Rheindorf Altach
114FWKristof Lang7 yanvar 2002 (2002-01-07) (22 yaş)43 Ried
214FWJustin Forst21 fevral 2003 (2003-02-21) (21 yaş)10 WSG Tirol

İstinadlar

Xarici keçidlər