Avqusta Viktoriya

Avqusta Viktoriya Frederika Luiza Feodora Cenni (alm. Auguste Viktoria Friederike Luise Feodora Jenny‎; 22 oktyabr 1858[1][2][…]11 aprel 1921[1][2][…]) — Almaniya imperatriçasıPrussiya kraliçası. Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir. Viktoriya vaxtını xeyriyyə və dini cəmiyyətlərə həsr etmişdir.[4]

Avqusta Viktoriya
alm. Auguste Viktoria von Schleswig-Holstein-Sonderburg-Augustenburg
Şəxsi məlumatlar
Doğum adıAuguste Viktoria Friederike Luise Feodora Jenny von Schleswig-Holstein-Sonderburg-Augustenburg
Doğum tarixi22 oktyabr 1858(1858-10-22)[1][2][…]
Vəfat tarixi11 aprel 1921(1921-04-11)[1][2][…] (62 yaşında)
Həyat yoldaşı
AiləsiHohensollernlər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Avqusta Viktoriya 22 oktyabr 1858-ci ildə anadan olmuşdur. O, Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur.[4] O, incəsənəti sevirdi və klarnet üçün musiqi parçaları bəstələyirdi. Onun həyat arzusu Parisdəki Luvr muzeyini ziyarət etmək idi. Siyasi səbəblərə görə bunu heç vaxt edə bilməmişdir.[5] Avqusta Viktoriya 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir.[4]

Avqusta Vilhelmin nəzərində qadın idealına çevrilmişdir. Vilhelmə görə, bütün alman qadınları imperatriçanın yolu ilə getməli və bütün həyatlarını kilsəyə, uşaqlara və mətbəxə həsr etməli idi. Vilhelm 1918-ci ildə əri taxtdan imtina etdikdən sonra onunla birlikdə Niderlanda köçmüşdür.[5]

İstinadlar