Aviator (film, 2004)

Aviator (ing. The Aviator) — Martin Skorsezenin ABŞ aviatoru və kinoprodüseri Hovard Hyuz haqqında 2004-cü ildə çəkdiyi bioqrafik dram filmi. Kinofılmdə əsas rolu Leonardo DiKaprio oynadı və bu performansına görə "BAFTA", "Oskar" və "ABŞ Kinoaktyorlar Gildiyası" kimi kinoakademiya mükafatlarının nominasiyasına layiq görüldü və "Qızıl Qlobus" mükafatının laureatı oldu.

Aviator
ing. The Aviator
Janrbioqrafik film, dram filmi[1]
Əsas mövzuaviasiya[2], Hovard Hyuz[2], Amerikan xəyalı[3], biznes[2], film sənayesi[2], Psixi sağlamlıq[2]
Rejissor
Prodüserlər
Baş rollarda
Bəstəkar
İstehsalçıIntermedia[d]
DistribütorMOKEP[d], Netflix
İlk baxış tarixi14 dekabr 2004[11], 20 yanvar 2005[12], 2004
Müddət163 dəq.
Büdcə110.000.000 $[13]
Gəlir213.741.459 $[13]
Ölkə
Dilingilis dili
Rəngrəngli
Çəkiliş yeriLonq-Biç, Monreal, San-Dieqo
IMDbID0338751
MükafatlarıƏn yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Academy Award for Best Costume Design
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumilikdə, Skorsezenin kinoəsəri BAFTA-nın on dörd nominasiya və dörd mükafatı, "Oskar"ın on bir nominasiya və beş mükafatı, "ABŞ Kinoaktyorlar Gildiyası"nın üç nominasiya və bir mükafatı və nəhayət "Qızıl Qlobus"un altı nominasiya və üç mükafatını qazandı.

Rollarda

AktyorRol
Leonardo DiKaprioHovard Hyuz Hovard Hyuz
Keyt BlanşettKetrin Hepbern Ketrin Hepbern
Keyt BekinseylAva Qardner Ava Qardner
Con Kristofer RayliNoa Ditrix Noa Ditrix
Denni HyustonCek Frey Cek Frey
Adam SkottConni Meyer Conni Meyer
Alek BolduinXuan Tripp Xuan Tripp
Alan AldaRalf Ouen Brüster senator Ralf Ouen Brüster
İen HolmFits professor Fits
Qven StefaniCin Harlou Cin Harlou
Uillem DefoRoland Svit Roland Svit
Kelli QarnerFeyt Domerq Feyt Domerq
Cud LouErrol Flinn Errol Flinn
Brent SnayperRobert Qross Robert Qross
Stenli DiSantisLuis Mayer Luis Mayer
Frensis KonroyHepbern missis Hepbern
Edvard HerrmannCozef Brin Cozef Brin
Mett RossQlenn Odekerk Qlenn Odekerk

Hovard Hyuza verilmiş diaqnoz

DVD nəşrinə bonus olaraq filmin müəllif versiyasında Hovard Hyuzun obsesif-kompulsiv pozğunluq (OKP) diaqnozu haqqında qısa hekayə var. Hekayənin adı "The Affliction of Howard Hughes: Obsessive-Compulsive Disorder" / "Hovard Hyuzun xəstəliyi: obsesif-kompulsiv pozğunluq". Psixiatr Ceffri Şvarts "Aviator"un çəkilişində iştirak etmişdir. Hovard Hyuzun real həyatda həqiqətən də obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkib-çəkmədiyi tam olaraq bilinməsə də, Hyuz rolunu canlandıran Leonardo DiKaprio bu narahatlığın əlamətlərini inandırıcı şəkildə göstərdi.[14]

İstinadlar