Assuva
Assuva — Anadolunun qərbində konfederasiyası. Bu, hetlərə qarşı müharibə aparmaq üçün yaradılmışdır və e.ə.. 1230-cu ildə IV Tudxaliyanın başçılıq etdiyi het ordusu tərəfindən məğlub edilmişdir.
Helmut Bossert sonradan yaranmış Asiya adının Assuvadan gəldiyini, bu adın əvvəlcə yalnız Anadoluya aid ediliyini və Makedoniyalı İsgəndərin yürüşləri dövründə Yunanıstanın şərqindəki torpaqların hamısını ifadə etdiyini irəli sürmüşdür.[1]
Üzvlərin siyahısı
IV Tudxaliyanın "Annallar"ında koalisiyanın tərkibi göstərilmişdir. Siyahı cənubdan şimala doğru verilmişdir:[2]
- adı "-ugga" və ya "-luqqa" ilə bitən ölkə.
- Kispuva (Kispuwa).
- Unaliya (Unaliya).
- başlıq zədələnib.
- Tura (Dura).
- Xalluva (Halluwa).
- Xuvalussiya (Ḥuwallušiya).
- Karkiya (həmçinin "Karakiša"; qədim Kariya olduğu güman edilir).
- Dunda.
- Adadura.
- Parista (Parišta).
- başlıq zədələnib.
- Ad pozulub. Ehtimal olunur ki, bu ad "-wwa" ilə bitir.
- Varsiya (Waršiya).
- Kuruppiya.
- adı "-luišša" ilə bitən ölkə (və ya sadəcə "Luišša").
- Alatara (Alatra).
- [dağ ölkəsi] Paxurina (Pahurina).
- Pasuxalda (Pasuhalta).
- başlıq zədələnib.
- Vilusiya.
- Taruisa (T[a]rui[s]šaı Troya və ya Troad ərazisinin adı olduğu güman edilir).
Mənbə
İstinadlar
Ədəbiyyat
- Bossert, Helmut T., Asiaa, İstanbul, 1946.
🔥 Top keywords: Ana səhifəUEFA Avro 2024Qurban bayramıMübariz İbrahimovBayram namazıXüsusi:AxtarXüsusi:SonDəyişikliklərAzərbaycanFayl:Jön Türk Komitesi 1909.jpg1980-ci illər Azərbaycan filmlərinin siyahısıAzərbaycan əlifbasıUEFA Avropa ÇempionatıMirkazım KazımovHeydər ƏliyevKateqoriya:Əlifba sırasına görə futbolçularHəkimlər GünüSəhiyyə İşçiləri GünüAzərbaycanın dövlət bayramları və xüsusi günləriKateqoriya:Kişi adlarıBakı17 iyunMorze əlifbasıKarles Puçdemon18 iyunƏlifbaİlham ƏliyevQarabağ UniversitetiGənc türklərÖlkə paytaxtlarının siyahısıİslamda oral seksXəzər dəniziMəhəmmədVasif MəmmədzadəRumıniyaNiyaməddin MusayevAvstriyaAzərbaycanın inzibati bölgüsüFayl:A. F. Lydon Robinson Crusoe Plate 03 (1865).JPGUEFA Avro 2020