Artemia

Artemia (lat. Artemia) cinsi Zirehsiz xərçənglər (Anostraca) dəstəsinə və müstəqil Artemiidae fəsiləsinə daxildir. Planktonlar olub əsasən dayaz dəniz və duzlu göl sularında yaşayırlar. Fitoplanktonlarla qidalanırlar. Ən geniş yayılmış növü Artemia salina adlanır.

Artemia
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
Klad:
Pancrustacea
Yarımsinif:
Sarsostraca
Fəsilə:
Artemiidae
Cins:
Artemia
Beynəlxalq elmi adı

Çoxalması və həyat mərhələləri

Təbiətdə iki fərd vastəsi ilə çoxalsalarda bəzən ancaq dişilərdən ibarət koloniyalara belə rast gəlinir.[2][3] Erkəklərdə dişini saxlamaq məqsədi ilə güçlü ətraflar mövcuddur[4]

Artemiyalara daxil olan növlərin iki variantı vardır. Onlar ya diri doğur ya da yumurta qoyaraq çoxalır. Bu strategiya əsasən onların yaşayış mühiti və genetik xüsusiyyətləri ilə əlaqədardır.[5]. Yumurta qoyarkən mayalanmış yumurta dişinin böyüründə olan kisəciyə düşür oradan isə suya atılır.[6]. Embrion xüsusi örtüklə qorunduğundan isti və soyuğa davamlı olur.

Əhəmiyyəti

Duzlu sularda yaşayan Artemialar son 15 ildə istər ev şəraitində saxlanılan dekorativ balıqların, istərsə də təsərrüfatlarda yetişdiriləcək akvakultura obyektlərinin əvəzsiz təbii yemi hesab olunur. O bir sıra üstünlüklərə malikdir. Onun bədəninin 50%- ni zülal, 28% - ni yağ (əsasən doymamış yağlar) və 10 %- ni kül əmələ gətirən mineral maddələr təşkil edir. Bütün bunlar onu çox dəyərli qida obyekti edir. Hazırda Dünya miqyasında sübut olunmuşdur ki, təsərrüfatlarda yetişdiriləcək akvakultura orqanizmlərinin təbii qidalarla - xüsusilə Artemia ilə bəslənməsi, onların həyatilik qabiliyyətinin yüksəlməsinə, sağlam olmalarına və sürətlə böyümələrinə, normal fizioloji vəziyyətə sahib olmalarına və yüksək keyfiyyətli məhsulların alınmasına səbəb olur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Artemia yumurtaları uzun müddət həyatilik qabiliyyətini saxlayır və buna görə də onlar akvakultura obyektləri üçün potensial yem mənbəyi hesab olunur. Bu qeyri – adi canlı öz şöhrətini yalnız yüksək qida əhəmiyyətinə görə deyil, eyni zamanda çoxalma xüsusiyyətlərinə və ekstremal (yüksək duzluluq və minimal oksigen şəraitində) şəraitdə yaşaya bilmə qabiliyyətinə görə qazanmışdır.

Morfoloji quruluşu

Yetkin fərdlərin ölçüsü adətən 0,8- 1,2 sm - dir. Baş qalxanı olmayan uzun bədənli ibtidai xərçənglərdəndir. Bədəni baş, döş və qarıncıq şöbələrindən ibarətdir. Qarıncıq iki buğumlu quyruqla qurtarır. Başın yanlarında saplaqlar üzərində yerləşmiş iki fasetli gözlər, alnında isə tək nauplial göz yerləşmişdir. Antenul, antenna və gözlər yerləşən başın ön hissəsi, çeynəyici çənələr olan arxa hissədən tikişlə ayrılır. Çeynəyici çənələr zəif inkişaf etmişdir, çənələrdə hiss çıxıntıları yoxdur. Döş 11 buğumdan ibarətdir, hər buğum ikişaxəli, bir çüt yarpaqşəkilli ayaqcıqlarla təchiz olunmuşdur. Onların hamısının quruluşu eyni olub,suda üzməyə və tənəffüsə xidmət edir. Qarınçıq 8 buğumdan ibarət olub, ayaqcıqlardan məhrumdur. Qarıncığın ilk iki seqmenti (buğum) bir –biri ilə birləşmiş halda olub, dişilərdə çıxarıcı kameranı, erkəklərdə isə cütləşmə orqanını daşıiyir (2). Quyruqcuq, üzərində cod tükcükləri olan iki uzun buğumdan ibarətdir. Ayrıcınslidirlər. Bir qayda olaraq erkəklər dişilərdən kiçikdir. Xarici görünüşünə görə erkəkləri dişilərdən çox asannlıqla fərqləndirmək mümkündür, belə ki, erkəklərdə bədənin baş hissəsində qarmaqşəkilli hərəkətli tutucu orqan –antenalar çox güclü inkişaf etmişdir. Dişilər yumurtaçıxarıcı kameraların mövcudluğu ilə fərqlənirlər.

Biolojo və ekoloji xüsusiyyətləri

Artemiya xərçəngiləri suda həll olmuş oksigenlə tənəffüs edirlər, ancaq onlar oksenlə o qədər də tələbkar deyillər. Yaşlı formalar üçün oksigenin suda konsentrasiya həddi çox aşağı olub 1 litrdə 0,5 milliqrama, nauplilər üçün isə bu hədd daha aşağı - litrdə 0,3 milliqrama bərabərdir. Artemiya xərçəngi 2 saata qədər anoerob şəraitdə də yaşaya bilir. Bu xərçəng xloridli, sulfatlı və karbonatlı su hövzələrində məskunlaşır. Həmin su hövzələrinidə isə düzluluq bəzən 300 promilə (‰- 1 litr suda duzun qramlarla miqdarı) çatır. Bəzi belə hiperqalin su hövzələrində Artemia canlılar aləminin yeganə təmsilçisi rolunu oynayır. Artemiya istisevən canlıdır. Onun həyatının aktiv fazası üçün 25- 28 °C temperatur tələb olunur. Temperaturun aşağıya düşməsi ilə əlaqədar olaraq onun həyatı prosesləri zəifləməyə başlayır və 5 °C- dən aşağı temperaturda o, bir qayda olaraq yaşaya bilmir, tələf olur. Artemia xərçəngi yuxarıda qeyd edildiyi kimi o qədər də tələbkar canlı deyil və o, duzlu suda yaşadığı kimi, şirin suda da müəyyən müddət – 10 – 15 günə qədər yaşaya bilir, məhz bu xüsusiyyətinə görə də ondan akvariumda saxlanılan şirin su balıqları üçün keyfiyyətli canlı yem kimi istifadə edilir[7].

Növləri və arealı

Bu cinsə daxil olan canlılar ilk dəfə 1755-ci ildə İngiltərənin cənubunda qeydə alınmış və təsvir edilmişdir.

  • Artemia franciscana Kellogg, 1906 — Şimali Amerika, Karib dənizi, Avstraliya, Okeaniya;
  • Artemia monica Verrill, 1869 — Şimali Amerika;
  • Artemia parthenogenetica Barigozzi, 1974 — Avropa, Asiya, Afrika, Avstraliya;
  • Artemia persimilis Piccinelli et Prosdocimi, 1968 — Argentina;
  • Artemia salina (Linnaeus, 1758) — Avropa, Şimali Afrika
  • Artemia sinica Yaneng, 1989 — Mərkəzi Asiya, Çin;
  • Artemia tibetiana Zhang et Sorgeloos, 1998 — Tibet, Çin;
  • Artemia urmiana Gunther, 1900 — İran (Urmiya gölü).

İstinadlar

Xarici keçidlər

  • "Mikroskob altında Artemiyanın yumurtadan çıxma videosu".

Həmçinin bax