Armud saturniyası
Armud saturniyası | |
---|---|
![]() | |
Elmi təsnifat | |
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: ???: Armud saturniyası | |
Beynəlxalq elmi adı | |
| |
Armud saturniyası (lat. Satyrnia pyri) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid olan növ.
Xarici quruluşu
mənbəni redaktə etArmud saturniyası kəpənəyi geniş enli qanadlara, tüklü bədənə və qısa qarıncığa malikdirlər. Qanadların hər birinin orta hissəsində gözə bənzər xal (tovuzgözü) vardır. Bığcıqlar erkək fərdlərdə daraqşəkilli, dişi fərdlərdə isə qısadaraqlıdır. Xortum inkişaf etməmişdir. Yetkin tırtıllar açıq yaşıl rəngdə olub, bədənin üzəri (hər buğumda 4 ədəd) açıq göy rəngli ziyilciklərlə əhatə olunmuşdur. Bu ziyilciklərin hər birindən yanlara doğru 6 ədəd qısa tükcüklər (ulduzu xatırladan) və 2 ədəd nisbətən uzun sancaqşəkilli tükcüklər uzanır.
Həyat tərzi
mənbəni redaktə etArmud saturniyası park və xiyabanlarda əkilmiş meşə tipli ağaclara, introduksiya edilmiş kol-bəzək bitkilərinə zərər verir. Abşeronda kəpənəklərin uçması may-iyun aylarında (əsasən 9-12 radələrində) baş verir. Pupdan yeni çıxmış kəpənəyin qanadları nəm və büzüşmüş olur. Sonrakı 30-40 dəq. ərzində qanadlar tam açılaraq quruyur. Əgər pupdan çıxarkən kəpənəklər darısqal yerdə saxlanarsa, qanadlarını tam aça bilmirlər və qanadları qüsurlu olur (quruduqdan sonra şəkli dəyişmir). Əsasən gecələr və ala-toranda aktiv olurlar, bəzən erkəklər gündüzlər də uçurlar.
Yayılması
mənbəni redaktə etRusiya, Moldova, Qafqaz, Orta Asiya, Afrika, Çin, Yaponiya, ABŞ, Türkiyə, İran.
Ədəbiyyat
mənbəni redaktə et- E.F.Səfərova. Abşeronda bəzək bitkilərinə zərərverən cücülər, onların biotənzimlənməsində entomofaqların rolu (Dissertasiya). Bakı: 2013.