Araqorn

Araqorn (ing. Aragorn) — Con Tolkinin əsərlərində uydurma Orta Dünyada yaşayan ədəbi protaqonist personajlardan biri.

Araqorn
YaradanCon Tolkin
ƏsərÜzüklərin hökmdarı
İlk görünməÜzüklərin hökmdarı, Üzük Qardaşlığı
CanlandıranViqqo Mortensen
Məlumat
Tam adıII Araqorn Elessar Telcontar
LəqəbləriElessar ("Elfdaşı")
Telcontar ("Yolçu")
Thorongil ("Ulduzlar Qartalı")
Estel ("Ümid")
Wingfoot ("Qanadlı ayaq")
Növüinsan
Cinsikişi
Doğum tarixiIII Eranın 01 Mart 2931-ci ili
VətəndaşlığıQondor Ölkəsi və Arnor Birləşmiş Krallığı
Peşəsiqılıncoynadan[d], hərbi lider[d]
SilahıAndúril (qılınc)
Döyüşdəki mövqeyipiyada
Tanınırsərkərdə kimi
Ailəsi
AtasıDunedain II Aratorn
AnasıGilraen
Həyat yoldaşıArven
UşaqlarıEldarion, və iki qız
Yaxın qohumuBabası: İsildur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araqorn Şimal atlısıdır. Əsərdə ilk olaraq Bridə Uzun Ayaq kimi tanınır və hobbitlər onu belə çağırırlar. Özü bunu gizlətsə də daha sonra ulu babası İsildurun varisi olduğu aşkarlanır. Əsərin digər qəhrəmanı Qandalf ona çox güvənir, Tək üzüyün və Qaranlıq hökmüdarı Sauronun məhv edilməsində adı çəkilən əsas qəhrəmanlardandır. Araqorn 4 hobbiti Bridən Rivendela qədər 9 nazquldan mühafizə edərək gətirir. Moriya dağlarında Qandalfın balroq ilə döyüşündən sonra Üzük Qardaşlığına rəhbərlik edir. Helm Dərəsi uğrunda döyüşündə Rohan tərəfinin qalib gəlməsində Araqornun əsas rolu vardır. Son döyüş, Minas Tiritin qorunmasında əsas qəhrəmandır. Frodo və Semin Mordora daxil olması üçün Qara Qapılara hücum təklifini Araqorn verir və hücum üçün israrlı olur. Əsərin sonlarında Qondor və Arnor Birləşmiş Krallığının kralı olur.

Əsərdəki görünüşü

Tarixi

Araqorn Üçüncü Eranın 01 mart 2931-ci ildə doğulub. İnsan irqindən olan Dunedain II Aratorn və Gilraenın oğludur.

İstinadlar