Arəş

Arəş Ləbaf (23 aprel 1977[1], Tehran[2]) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser.

Arəş
fars. آرش لباف
Ümumi məlumatlar
Doğum tarixi23 aprel 1977(1977-04-23)[1] (47 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyətimüğənni, aktyor, musiqi prodüseri, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri2003-cü ildən
Janrlarxalq musiqisi[d], pop musiqisi, hip-hop[d], müasir R&B[d]
Albom şirkətləriWarner Music Group[d]
MükafatlarıGolden Gramophone Award
arash.com
arash.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi.[3][4][5][6] Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.[7]

10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.

Arəşin əvvəllər BBCƏl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə[8] anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.[9] Bu fikirlər GAMOH tərəfindən səsləndirilir.

35 yaşlı Arəş hazırda Dubay və Malmödə yaşayır. Bəstəkar, prodüser və müğənni kimi ixtisaslaşıb. Dayvinq, basketbolla maraqlanır, şlyapa kolleksiyası toplayır.2004-cü il sentyabrın 22-də farscadan tərcümədə "Get-get" mənasını verən "Boro-boro" adlı ilk sinqlını çıxarıb. Sinql qısa müddət ərzində İsveçdə birinci yeri tutub. İsveç və hund filmlərinə sauntreklər yazir. 2005-ci ildə "Boro-boro" mahnısının hind versiyasını ("Bure-bure") Bollivudda çəkildiyi "Bluffmaster" (blef ustası) filmində ifa edib.

2005-ci ildə Arəşın öz adını daşıyan "Arash" albomu dünyanın məşhur musiqi kanalı MTV-də ən çox izlənən musiqilər sırasına daxil olub. Müğənninin elektronik musiqini, roku, hip-hopu və balladanı özündə cəmləşdirən "Dünya" (World) layihəsi ona bir az da çox uğur gətirib.Fransanın Kann şəhərində keçirilən festivalın qalibi olan Arəş həmin il Fransada düzənlənən "İnternational Music Market" müsabiqəsində də İsveçin ən yaxşı debütant musiqiçisi seçilib.2005-ci ildə Moskva merinin ad gününə həsr olunmuş gecədə çıxış edir.2006-cı ildə Rusiyada iki "Zolotoy qrammofon" mükafatını alan Arəş bu ölkədə ən məşhur xarici müğənnilərdən biri hesab edilir.İsveç, Avstriya, Almaniya, Polşa, Rusiya, Ukrayna, Türkiyə, Çexiya, İsrail, Tacikistan, Gürcüstan, Serbiya, Xorvatiya, YunanıstanBolqarıstanda onun mahnıları "top" siyahılarında yer alır. Ümumilikdə 35 ölkənin musiqi kanallarında Arəşin mahnıları yayımlanır.2006-da Arəş, DJ Alligator və Şahkar Bineşpacuh 2006 FİFA Dünya Kubokunda çıxış edən İran milli futbol komandasına "Iran, Iran" mahnısını həsr etdilər. DJ Alligator Arəşin 2006-da ifa edilən bir sıra mahnılarını da bəstələmişdir.

Arəş 2009 Avroviziya Mahnı Müsabiqəsində Aysel Teymurzadə və özünün ifa etdiyi "Always" mahnısının müəllifidir. Müsabiqədə Azərbaycan təmsilçiləri Norveçİslandiyadan sonra 3-cü yeri tutmuşlar.

2011-ci ildə İran rejissoru Bahman Ghobadimin çəkdiyi "Rhino Season" (Kərgədan mövsümü) filmində Hollivud ulduzu Monika Belluççi ilə baş rolda çəkilmişdir.

2011-ci ilin mayında Arəş uzun müddət sevgilisi olan Behnaz Ənsari ilə ailə qurmuşdur. Toy mərasimi Dubayda keçmişdir. 2012-ci ildə cütlüyün əkiz uşaqları — oğlu Dorian və qızı Donya (Dünya?) dünyaya gəlir.[10][11]

Yaradıcılıq

Ən böyük konsertləri Almatı (Qazaxıstan) və Şetsin (Polşa) şəhərlərinin açıq stadionlarında baş tutub. Qapalı konsert salonlarından isə Moskvanın "Olimpiyski" idman kompleksində iki dəfə şou-proqramla çıxış edib. Bütün dünyada albomu böyük tirajla satılır.

Albomları

  • "Arash" (2005)
  • "Crossfade (The Remix Album)" (2006)
  • "Donya" (2008)
  • "Superman" (2014)

Sinql

  • "Vostoçniye skazki" (Blestyaşşiye ilə duet)
  • "Temptation" (Rebecca ilə duet)
  • "Yalla"
  • "Tike-tike kərdi", "Ey yar begu"
  • "Bombay Dreams"
  • "Mən o to"
  • "Bəskon"
  • "Music Is My Language"
  • "Salamati"
  • "Behnaz"
  • "Çori çori" (Aneela ilə duet)
  • "Boro boro" (2004)
  • "Arəş" (2005)
  • "She Makes Me Go" (feat. Sean Paul)
  • "One Day" (feat. Helena)
  • "Sex Love Rock n Roll (SLR)" (feat. T-Pain)
  • "OMG" (feat. Snoop Dogg)
  • "Se Fue" (feat. Mohombi)
  • "Esmet Chi Chie"
  • "Dooset Daram" (feat. Helena)
  • "Goalie Goalie" (feat. Nyusha & Pitbull & Blanco)

Filmoqrafiya

Filmlərə çəkilmiş və ya mahnılar (sauntrek) yazmışdır:

  • "Bombay Dreams", (2004), (Rebecca və Aneela ilə), Bollywood
  • "Bluffmaster"/ "Bure-bure", (2005), Bollywood
  • Dasa Bala (2010) "Dasa Bala" (Timbuktu, Yag ve Aylar Lie ilə)
  • "Rhino Season" (Kərgədan mövsümü),(2012), (Monika Belluççi, Yılmaz Erdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin ilə), Hollywood
Əvvəlki:
Elnur & Samir
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
(Aysel ilə)
2009
Sonrakı:
Safura Əlizadə

İstinadlar

Xarici keçidlər