Aqostinyo Neto

Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[2][3][…]10 sentyabr 1979[3][4][…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir.

Aqostinyo Neto
Antonio Aqostinho Neto
Aqostinyo Neto 1975-ci il
Aqostinyo Neto
1975-ci il
Doğum adıAntónio Agostinho Neto
Doğum tarixi
Doğum yeriKakikan
Luanda əyaləti
Anqola
Vəfat tarixi (56 yaşında)
Vəfat yeriMoskva
SSRİ SSRİ
Vəfat səbəbimədəaltı vəzin xərçəngi[1]
Dəfn yeri
TəhsiliCoimbra Universiteti
İxtisasıhəkim
Fəaliyyətisiyasətçi, şair, həkim-yazıçı[d], siyasi məhbus
Əsərlərinin diliPortuqal dili
Janrpoeziya
Mükafatları"Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1977)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub.

Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir.

Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir. 1962-ci ildə MPLA-nın sədri seçilmiş, müstəmləkiçilərə qarşı silahlı mübarizənin təşkilatçısı və rəhbərlərindən olmuşdur. 1962-ci ildə Vaşinqtona ABŞ-yə gedən şair, ölkəsinin qurtuluş savaşına kömək üçün Con Kennedi ilə görüşmüşdür.

11 noyabr 1975-ci ildə Anqola Xalq Respublikası yaradıldıqdan sonra Anqolanın ilk prezidenti və eyni zamanda İnqilabi Şuranın və hökumətin başçısı, silahlı qüvvələrin baş komandanı seçilmişdir.

Ümumdünya Sülh Şurası Rəyasət Heyətinin üzvi idi.

Yaradıcılığı

Aqostinyo Neto şair və publisit kimi də tanınmışdır. Əsərlərini Portuqal dilində yazmışdır. Anqola xalqının milli azadlıq mübarizəsi əsərlərinin əsas mövzusudur.

Kitabları

  • Şeirlər, 1961
  • Quru gözlərlə, Şerlər. 1963
  • Müqəddəs ümid, Şerlər. 1968
  • Azadlıq nəğmələri. Şerlər. Aqostinyo Neto. T.Bayram. Yazıçı, Bakı, 1978. 84 səh.[5]

Mükafatları

  • 1970 — Beynəlxalq "Lotus" Mükafatı (Asiya Afrika Yazıçılar Birliyi)
  • 1976 — Jolio-Küri adına Qızıl Sülh medalı
  • 1977 — "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı

Vəfatı

Antonio Aqostinho Neto xərçəng müalicəsi səbəbilə 11 sentyabr 1979-cu ildə Moskva şəhərindəki xəstəxanada vəfat edib. Dəfnetmə mərasimi 17 sentyabr 1979-cu ildə Luanda şəhərində keçirilmiş, cənazəsi mavzoleyə qoyulmuşdur.

Xatirəsi

Anqolada adını daşıyan bir universitet var. Anadan olduğu gün Anqolada Milli Bayram kimi qeyd edilir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər