Antonio Banderas

Xose Antonio Dominqes Banderas (isp. José Antonio Domínguez Banderas; 10 avqust 1960[1][2][…], Malaqa, Əndəlüs[3]), daha çox Antonio Banderas adı ilə tanınır — Hollivudda məşhurluq qazanmış ilk ispan aktyoru.

Antonio Banderas
Xose Antonio Dominqes Banderas
Doğum adıJosé Antonio Domínguez Banderas
Doğum tarixi (63 yaş)
Doğum yeriMalaqa, İspaniya
Vətəndaşlığı
Həyat yoldaşı
Uşağı1
Fəaliyyətiaktyor, rejissor, müğənni, prodüser
Fəaliyyət illəri1982–hal-hazırda
Mükafatları"Təsviri incəsənətdə xidmətlərə görə" qızıl medalı
IMDbID0000104
İmzanın şəkli
antoniobanderas.me
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Antonio Banderas 10 avqust 1960-cı ildə Malaga-İspaniyada doğulmuşdur. Anası Ana Banderas məktəb müəlliməsi, atası Xose Dominqez isə polis olmuşdur. Özündən böyük Xavyer adlı qardaşı var. Uşaqkən ən böyük arzusu professional futbolçu olmaq idi, lakin o, 14 yaşında ikən ayağı sınır və bu arzusunun üzərindən birdəfəlik xətt çəkilir. Bundan sonra dram dərsləri alaraq teatr truppalarında çıxış edir. Truppalarda və küçədə öz bacarığının nümayiş etdirən Banderas nəhayət ki, Milli İspaniya Teatrına daxil ola bilir. Aktyor səhnə adı kimi anasının soyadını götürüb.

Filmoqrafiya

İlAdOrijinal ad
199913-cü döyüşçüThe 13th Warrior
2002Faciəvi qadınFemme Fatale
2002FridaFrida
2007Üçüncü ŞrekShrek the Third
2010Hər zaman ŞrekShrek Forever After
2011Çəkməli PişikPuss in Boots
2011İçində yaşadığım dəriLa piel que habito
2013Sərnişin məşuqlarLos amantes pasajeros
2014Qabağıalınmazlar 3The Expendables 3

İstinadlar