Anlamaq istəyirəm (film, 1980)

Anlamaq istəyirəm filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir. Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir. Filmdə əsas rolları Revaz Çxikvişvili, Həmidə Ömərova, Mikayıl Kərimov, Mayya İsgəndərova, Həsən MəmmədovHəsənağa Turabov ifa edirlər. Film AZTV- də dublyaj olunmuşdur.

Anlamaq istəyirəm
Janrdram
RejissorOqtay Mirqasımov
Əsərin müəllifiNəbi Xəzri
Ssenari müəllifləriNəbi Xəzri
Leonid Juxovitski
Oqtay Mirqasımov
Baş rollardaRevaz Çxikvişvili
Həmidə Ömərova
Mikayıl Kərimov
Mayya İsgəndərova
Həsən Məmmədov
Həsənağa Turabov
OperatorƏləsgər Ələkbərov
BəstəkarRafiq Babayev
RəssamFirəngiz Qurbanova
İstehsalçı"Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi9 noyabr 1980
Filmin digər adıBilmək istəyirəm
Filmin növütammetrajlı bədii film
Müddət133 dəq.
ÖlkələrSSRİ SSRİ
Dilazərbaycanca (dublyaj)
İl1980
Texniki məlumatlar2 seriya
14 hissə
4115 metr
Rəngrəngli
IMDbID2254019

Məzmun

İki nəfər — Çinarə (Həmidə Ömərova) və Rüstəm (Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam... səmam... yüksək səmamsan...". Çinarə xoşbəxtliyini geri qaytarmaq istəyir. Ancaq o, Rüstəmi artıq həmişəlik itirmişdir...[1]

Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir.[1]

Film haqqında

  • Film şair Nəbi Xəzrinin "Əks-səda" pyesinin motivləri əsasında yaradılmışdır.[1]
  • Film Azərbaycan Televiziyasında azərbaycan dilinə dublyaj edilmişdir.

Mükafat

Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir.[1]

Filmin heyəti

Film üzərində işləyənlər

Rejissor: Oqtay Mirqasımov
Əsər müəllifi: Nəbi Xəzri
Ssenari müəllifi: Nəbi Xəzri, Leonid Juxovitski, Oqtay Mirqasımov
Operator: Ələsgər Ələkbərov
Rəssam: Firəngiz Qurbanova
Bəstəkar: Rafiq Babayev

Rollarda

Revaz Çxikvişvili — Rüstəm
Həmidə Ömərova — Çinarə
Mikayıl Kərimov — Əhməd
Mayya İsgəndərova — Rəna
Həsən Məmmədov — Çingiz
Həsənağa Turabov — Həsən
Zemfira Sadıqova — Fəridə
Sona Aslanova — Çinarənin anası
Vəliəhd Vəliyev — Səməd
Telman Adıgözəlov — Camal
Ç.Cəlilov
Eldəniz Rəsulov — Zeynal
Gülşən Qurbanova — Rəfiqə
R.Axundova
Hamlet Qurbanov — Fazil
Sadıq Hüseynov — Şükürov
Süsən Məcidova — Bikə

Filmi səsləndirənlər

Ruslan Nəsirov — Rüstəm (Revaz Çxikvişvili)
Həmidə Ömərova — Çinarə (Həmidə Ömərova)
Şövqi Hüseynov — Əhməd (Mikayıl Kərimov); Zeynal (Eldəniz Rəsulov); Fazil (Hamlet Qurbanov)
Şəfəq Əliyeva — Rəna (Mayya İsgəndərova); Fəridə (Zemfira Sadıqova)
Eldəniz Rəsulov — Çingiz (Həsən Məmmədov)
İlham Əsgərov — Həsən (Həsənağa Turabov)
Venera Abbasova — Çinarənin anası (Sona Aslanova); Rəfiqə (Gülşən Qurbanova)
Pərviz Bağırov — Səməd (Vəliəhd Vəliyev)
Telman Adıgözəlov — Camal (Telman Adıgözəlov)
Ədalət Məmmədov — Şükürov (Sadıq Hüseynov)
Nuriyyə Əhmədova — Bikə (Süsən Məcidova)
Bəxtiyar Şərifzadə — titrlər

İstinadlar

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 311-312.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Həmçinin bax