Anfisa Çexova

Anfisa Çexova (Rusca:Анфи́са Алекса́ндровна Че́хова) - rus tele-aparıcısı və aktrisası. 21 dekabr 1977-ci ildə Moskva şəhərində anadan olmuşdu. Məşhur "Anfisa Çexova ilə seks" rus. Секс с Анфисой Чеховой erotik şousunun aparıcısı idi.

Anfisa Çexova
Anfisa Aleksandrovna Çexova
Doğum tarixi (46 yaş)
Doğum yeriMoskva, SSRİ
Fəaliyyətiaktrisa, aparıcı, müğənni, televiziya aparıcısı
Fəaliyyət illəri1997-ci ildən
achekhova.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Anfisa Çexova 21 dekabr 1977-ci ildə Moskva şəhərində anadan olmuşdur. Uşaqlıqda üç məktəb dəyişib. Sonralar o musiqi karyerasına başlamağa qərar alır və "Безумные светлячки" adlı musiqi qrupuna daxil olur. Daha sonra o Muz TV kanalından proqramların birinə teleaparıcı kimi işləməyə dəvət alır. 2005-ci ildən Anfisa TNT kanalında Anfisa Çexova ilə seks proqramını aparmağa baçlayır. Burada o bir neçə ampluada çıxış edirdi.

Şəxsi həyat

2009-cu ildən aktyor Quram Babişvili ilə görüşdüyü bildirilir. 2012-ci ilin fevral ayında, Anfisa ondan hamilə olduğunu bildirir. 31 may 2012-ci ildə cütlüyün Solomon adlı oğlu dünyaya gəldi.

Filmoqrafiya

  • 2004 — Mən səni sevirəm (film, 2004) — barda ofisiant
  • 2006 — Xoşbəxtik birlikdə (teleserial) (kameo)
  • 2008 — Kaleydoskop (film) — medsestra
  • 2008 — Hitler kaput! (film) — şifrələyici-teleaparıcı
  • 2008 — Mənim sevimli cadukərim (teleserial) — Li Bidova
  • 2008 — Univer — kameo
  • 2010 — Nişan üzüyü — 5 seriya, kameo
  • 2012 — Rjevskiy Napoleona qarşı — rieltor

Teatral rollar

  • 2009 — "Однажды знойной ночью (спектакль)" — Лола
  • 2009 — "8 женщин (спектакль)" — ?

Səslənmə

  • 2008 — "Asteriks Olimpiya oyunlarında" — madam Veteraniks
  • 2012 — "Vintdən 3D (animasiya)"