Android Studio

Android Studio — Google 'un Android əməliyyat sistemi üçün rəsmi İnteqrasiya olunmuş gəlişdirmə mühiti (IDE), JetBrains IntelliJ IDEA proqram təminatı üzərində qurulub və xüsusi olaraq Android proqramlaşdırma üçün dizayn edilib.

Android Studio
Loqonun şəkli
TipiAçıq mənbəli proqram təminatı, İnteqrasiya olunmuş inkişaf mühiti
Sonuncu versiya
Lisenziyahavayı proqram təminatı
Saytdeveloper.android.com/st…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Android Studio 16 may 2013-cü ildə Google I/O konfransında nümayiş olunmuşdur. İDE 0.1 versiyasını 2013-cü ilin mayından açıq şəkildə yükləmək mümkündün oldu. 2014-cü ilin iyunundan 0.8 versiyasını ilə beta testləmə mərhələsinə gəldi. İlk stabil versiyası olan 1.0 2014-cü ilin dekabrında buraxıldı, həmçinin o zaman Eclipse üçün Android Development Tools (ADT) plagininin dəstəyini dayandırdı. Hazırkı stabil versiyası 3.2.1, 2018 ci ilin Oktyabr ayında buraxılmışdır[2]

Sistem tələbləri

Sistem tələbləri aşağıdakı kimidir[3]:

3.x versiyası

Kriteriyalarİzahat
ƏS versiyasıMicrosoft Windows 7/8/10 (32 bit və ya 64 bit)

Mac OS X 10.10(Yosemite) və ya daha yüksək

GNOME və ya KDE ekran mühitinə sahib Linux(32 bitlik tətbiqləri icra etməyə qadir olan 64 bitlik sistem)(GNU C Kitabxanası (glibc) 2.19+)

RAMMinimum 3 GB RAM, 8 GB RAM məsləhət görülür. Əlavə olaraq 1 GB Android Emulator üçün lazımdır.
Disk sahəsiMinimum 2GB boş disk sahəsi lazımdır.

4 GB məsləhət görülür ( 500 MB İDE üçün+1.5 GB Android SDK və emulyatorun sistem obrazı üçün)

Java versiyasıJava Development Kit (JDK) 8, OpenJDK paketinin istifadəsi məsləhət görülür
Ekran ölçüsü1280x800 minimum ekran ölçüsü

2.x versiyası

Kriteriyalarİzahat
ƏS versiyasıMicrosoft Windows 7 və ya daha yüksək

Mac OS X 10.9.5 və ya daha yüksək

GNOME və ya KDE ekran mühitinə sahib Linux

RAM8 GB RAM məsləhət görülür. Əlavə olaraq 1 GB Android Emulator üçün lazımdır.
Disk sahəsi500 MB Android Studio üçün + 1.5 GB Android SDK, emulyatorun sistem obrazı və keş üçün
Java versiyasıJava Development Kit (JDK) 8, OpenJDK paketinin istifadəsi məsləhət görülür
Ekran ölçüsü1280x800 minimum ekran ölçüsü

1.x versiyası

Kriteriyalarİzahat
ƏS versiyasıWindows XP və ya daha yüksək

Mac OS 10.8.5 və ya daha yüksək

GNOME,KDE,Unity ekran mühitinə sahib Ubuntu,Fedora və ya GNU/Linux Debian

RAMMinimum 3 GB RAM, 4 GB RAM məsləhət görülür
Disk sahəsiMinimum 500 MB boş disk sahəsi lazımdır.

Əlavə olaraq minimum 1 GB Android SDK,emulyatorun sistem obrazı və keşlər üçün

Java versiyasıJava Development Kit (JDK) 7 və ya daha yüksək
Ekran ölçüsü1280x800 minimum ekran ölçüsü

İstinadlar

Xarici keçidlər