Andrey Zvyaginsev

Andrey Petroviç Zvyaqintsev (rus. Андре́й Петро́вич Звя́гинцев) (doğum tarixi: 6 Fevral, 1964) Rus film rejissoru və aktyorudur. Daha çox 2003-cü ildə çəkdiyi “Qayıdış” (The Return) filmi ilə tanınır. Bu film Venesiya Film Festivalında Qızıl Ayı mükafatını qazanmışdır.

Andrey Zvyaginsev
rus. Андрей Петрович Звягинцев
Doğum adıАндрей Петрович Звягинцев
Doğum tarixi6 fevral 1964(1964-02-06)[1] (60 yaş)
Doğum yeriNovosibirsk, Sibir
MilliyyətiRus
VətəndaşlığıRusiya
FəaliyyətiRejissor, Ssenarist, Aktyor
Fəaliyyət illəri2000-bu günədək
Təhsili
  • Rusiya Teatr Sənəti Universiteti[d]
MükafatlarıQızıl şir-2003, Nika-2011
IMDbhttp://www.imdb.com/name/nm1168657/
az-film.com/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Zvyagintsev Novosibirskdə, Sibirdə doğulmuşdur. 1984-cü ildə 20 yaşında olarkən aktyorluq sahəsində təhsil aldığı Novosibirsk Dram Məktəbini bitirmişdir. 1986-cı ildən 1990-cı ilə qədər Moskvada, Rusiya Teatr Sənətləri Akademiyasında işləmişdir. 1992-ci ildən 2000-ci ilədək müxtəlif teatrfilmlərdə rol oynamışdır. 2000-ci ildə Ren Tv-də işləməyə başlamışdır. Üç seriyalı film olan “Qara otaq”(“Tha Black Room”)da rejissorluq etmişdir.2003-cü ildə ilk filmi “Qayıdış”ı (“The Return”) çəkir. İlk filmi olmasına baxmayaraq Qızıl Ayı mükafatı da daxil olmaqla bir neçə mükafat qazanır. Ikinci filmi “Sürgün”ün (“The Banishment”) premyerası 2007-ci ilin Kann kinofestivalında keçirilmişdir. Eyni zamanda Qızıl Palma üçün mübarizə aparmışdır.[2] 2008-ci ildə “Nyu-York, Səni Sevirəm”(New York, I Love You) filmi üçün qısametrajlı film çəkmişdir. Bu hissə kinoteatrlarda kəsilsə də, filmin DVD-sində vardır.[3] Rejissorun son filmi Elenanın premyerası 2011-ci il Kann Film Festivalında, Un Certain Regard bölməsində göstərilərək edildi.[4] Eyni zamanda Jüri xüsusi mükafatını qazandı.[5]

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər