Andrey Lunyov

Andrey Yevgenyeviç Lunyov (13 noyabr 1991[1], Moskva) — Rusiyalı futbolçu. 13 noyabr 1991-ci ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Hal hazırda Ağdamın "Qarabağ FK"-da qapıçı mövqeyində çıxış edir. Andrey Yevgenyeviç Lunyov həmçinin Rusiya milli futbol komandası da yer alır.

Andrey Lunyov
Ümumi məlumatlar
Tam adıAndrey Yevgenyeviç Lunyov
Doğum tarixi13 noyabr 1991(1991-11-13)[1] (32 yaş)
Doğum yeriMoskva, Rusiya
Vətəndaşlığı
Boyu1.90 m
Çəkisi80 kq
Mövqeyiqapıçı[2]
Klub haqqında məlumat
KlubAzərbaycan Qarabağ
Nömrəsi99
Karyerası
Klub karyerası[* 1]
2009–2014Rusiya Torpedo Moskva9 (0)
2012 Rusiya İstra9 (0)
2013–2014Rusiya Kaluqa28 (0)
2015 Rusiya Saturn Moskva Oblast4 (0)
2015–2016Rusiya Ufa10 (0)
2017–2021Rusiya Zenit90 (0)
2021–2023Almaniya Bayer Leverkuzen2 (0)
2023–2024Azərbaycan Qarabağ34 (0)
Milli yığma[* 2]
2017–Rusiya Rusiya7 (0)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

Ufa FK

29 iyul 2015-ci ildə Andrey Lunyovun "Ufa" klubuna 1 illik müqavilə ilə qoşulacağı təsdiqləndi.[3] O, Rusiya Premyer Liqasında ilk oyununu Ufa üçün 11 sentyabr 2016-cı ildə Krasnodar FK ilə oyunda etdi.[4]

Zenit FK

Lunyov 23 dekabr 2016-cı ildə "Zenit" klubuna transfer oldu və klub ilə 4.5 illik müqavilə imzalayıb.[5]

Bayer Leverkuzen FK

10 iyul 2021-ci ildə "Bayer Leverkuzen" ilə 2 illik müqavilə imzalayıb.[6]

Qarabağ FK

19 avqust 2023-cü ildə "Qarabağ FK"la müqavilə imzalayıb.[7]

Milli karyerası

O, Rusiya milli futbol komandasının heyətində 10 oktyabr 2017-ci ildə İranla yoldaşlıq oyununda ilk oyununa çıxdı.[8]

11 may 2018-ci ildə o, Rusiyanın 2018 FİFA Dünya Kuboku üçün genişləndirilmiş heyətinə daxil edildi. 3 iyun 2018-ci ildə o, Dünya Kubokunun yekun heyətinə daxil edildi. O, bütün oyunlarda İqor Akinfeyevdən sonra ehtiyat oyunçular skamyasında qaldı.[9]

11 may 2021-ci ildə o, UEFA Avro 2020 üçün ilkin genişləndirilmiş 30 nəfərlik heyətə daxil edildi. O, yekun heyətə daxil edilməyib.[10]

İstinadlar

Xarici keçidlər